Krakovda hərbçi dinc sakinləri atəşə tutdu - 6 nəfər öldü, çox sayda yaralı var / VİDEO
Bizi izləyin

Avropa

Krakovda hərbçi dinc sakinləri atəşə tutdu - 6 nəfər öldü, çox sayda yaralı var / VİDEO

Krakovda hərbçi dinc sakinləri atəşə tutdu - 6 nəfər öldü, çox sayda yaralı var / VİDEO

Noyabrın 7-də axşam saatlarında Polşanın cənubunda yerləşən Krakov şəhərinin mərkəzində atışma baş verib.

Publika.az xəbər verir ki, bu barədə yerli "TVP3 Kraków" telekanalı məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Məlumata görə, dəbilqə və gülləkeçirməz jilet geyinmiş silahlı şəxs qara avtomobillə Bazar meydanına gələrək maşının içindən orada olan insanlara atəş açıb. Daha sonra hadisə yerindən qaçmağa çalışsa da, başqa bir avtomobillə toqquşub. Son məlumatlara görə, 15 nəfər xəsarət alıb, onlardan 12-sinin vəziyyəti ağırdır. Yaralılar arasında polis əməkdaşları da var.

Hüquq-mühafizə orqanlarının əməkdaşı saxlanılma zamanı kamuflyaj geyimində olan hücumçuya yeddi dəfə atəş açıb. Atəş açan şəxs xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Hazırda onun vəziyyəti stabildir.

Polşa KİV-lərinin yaydığı məlumata görə, atəşi Ostrovets-Şventokşiski şəhərindən olan 25 yaşlı hərbçi açıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm