Parisdə 46 min insan etiraz aksiyası keçirdi
Bizi izləyin

Avropa

Parisdə 46 min insan etiraz aksiyası keçirdi

Parisdə 46 min insan etiraz aksiyası keçirdi

Parisdə keçirilən nümayişdə təxminən 46 min insan iştirak edib.

Publika.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti Fransa paytaxtının prefekturasına istinadla məlumat yayıb.

Yürüş iştirakçıları cümə axşamı ilə eyni marşrut üzrə Respublika Meydanından Millət Meydanına doğru hərəkət ediblər. Təşkilatçılar hələlik iştirakçıların sayı ilə bağlı rəqəmləri açıqlamayıblar.

Polisin məlumatına görə, yerli vaxtla saat 16:45-ə olan məlumata görə, Paris aqlomerasiyasında vəziyyət sakit qalıb. Səhər saatlarından bəri hüquq-mühafizə orqanlarının əməkdaşları 5813 yoxlama aparıb və 15 nəfəri saxlayıb.

Millət meydanında bayram ab-havası hökm sürüb: iştirakçılar rəqs edib və futbol oynayıblar. Bildirilir ki, izdihamın içərisində kimsə qumbara atıb və qısa müddət ərzində basabas yaranıb. Hadisənin təfərrüatları hələlik məlum deyil. Bundan başqa, yanğınsöndürənlər kiçik yanğını operativ şəkildə söndürə biliblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm