Avropa
Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
Polis Krakovda atışma törədən şəxsin evində meyitlər aşkarlayıb.
Publika.az "LoveKrakow" portalına istinadla xəbər verir ki, bu barədə Polşanın Baş Naziri Donald Tusk məlumat verib.
Siyasətçi təcili müşavirədə bu məlumatın dron vasitəsilə əldə edildiyini bildirib. Hücum edən şəxs Sventokşiski voyevodalığında yaşayır. Onun evində iki qadının və bir kişinin meyiti aşkarlanıb.
Xatırladaq ki, noyabrın 7-də axşam saatlarında Krakovda dəbilqə və gülləkeçirməz jilet geyinmiş silahlı şəxs qara avtomobillə Bazar meydanına gələrək maşının içərisindən orada olan insanlara və tramvaya atəş açıb. Daha sonra hadisə yerindən qaçmağa çalışsa da, başqa bir avtomobillə toqquşub.
Son məlumatlara görə, hadisə nəticəsində 6 nəfər ölüm, 16 nəfər xəsarət alıb. Yaralılardan 11-i Polşa vətəndaşı, beşi isə əcnəbidir. Yaralılar arasında polis əməkdaşları da var: onlardan biri bir, digəri isə üç güllə yarası alıb. Saxlanılma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri kamuflyaj geyimində olan hücumçuya yeddi dəfə atəş açıb. Atəş açan şəxs xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Onun vəziyyəti stabildir.
Hüseyn İbadlı
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi



































.jpg)

