Polşada iki günlük ümummilli matəm elan edildi
Bizi izləyin

Avropa

Polşada iki günlük ümummilli matəm elan edildi

Polşada iki günlük ümummilli matəm elan edildi

Polşada Krakov şəhərinin mərkəzi meydanında baş verən atışma ilə əlaqədar noyabrın 8-i və 9-u ümummilli matəm günləri elan edilib.

Publika.az xəbər verir ki, bu barədə Polşa Prezident Administrasiyası “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Krakovda Baş nazir Donald Tuskun rəhbərliyi ilə nazirlərin və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə təcili müşavirə keçiriləcək.

Görüşün yerli vaxtla saat 21:45-də (Bakı vaxtı ilə noyabrın 8-də saat 00:45-də) başlanması planlaşdırılır.

Qeyd edək ki, Krakovun Əsas Bazar Meydanında atışma yerli vaxtla saat 15:00 radələrində baş verib. Polşa vətəndaşı avtomobildən yoldan keçənlərə atəş açıb. Polis şübhəlini saxlayıb, daha sonra o, xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində 6 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Yaralılardan 12-si ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm