Almaniyada tarixi dəyişiklik: Ölkənin ilk qadın prezidenti kim olacaq?
Bizi izləyin

Avropa

Almaniyada tarixi dəyişiklik: Ölkənin ilk qadın prezidenti kim olacaq?

Almaniyada tarixi dəyişiklik: Ölkənin ilk qadın prezidenti kim olacaq?

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti vəzifəsinə İlze Aignerin namizədliyini dəstəkləyib.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Merts Berlində Xristian-Demokrat İttifaqının (XDİ) üzvlərinin şam yeməyi zamanı Aignerə dəstəyini ifadə edib. Kanslerin ona dəstəyini bu gün rəsmən açıqlayacağı gözlənilir.

Nəşrin qeyd etdiyi kimi, əvvəllər öz partiyası daxilində XDİ-dən namizəd irəli sürə bilmədiyinə görə təzyiqlərlə üzləşən kansler Aignerə dəstək verməkdən çəkinirdi. Aignerin namizədliyini isə XDİ-nin Bavariyadakı müttəfiq partiyası olan Xristian-Sosial İttifaqının (XSİ) lideri Markus Söder fəal şəkildə irəli sürürdü.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Merts və Aigner arasında sıx şəxsi münasibətlər var. Onlar kanslerin bağ evinin yerləşdiyi Bavariyada, Aignerin seçki dairəsində mütəmadi olaraq görüşürlər.

Qeyd edək ki, Merts daha əvvəl Almaniyada idarəetmədə yenilənmə aparmaq məqsədilə Nina Varkeni öz administrasiyasının rəhbəri vəzifəsinə təyin edib. Bununla da Varken Almaniyada bu vəzifəni tutan ilk qadın olub.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm