Məşhur idmançı Fransa prezidenti ola bilər
Bizi izləyin

Avropa

Məşhur idmançı Fransa prezidenti ola bilər

Məşhur idmançı Fransa prezidenti ola bilər

Fransalı cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

Publika.az xəbər verir ki, 37 yaşlı idmançı sosial şəbəkədə yayımladığı video müraciətində Fransadakı siyasi və ictimai parçalanmadan narahatlığını ifadə edib.

Riner özünü nə sağçı, nə də solçu hesab etdiyini, əsas məqsədinin ölkəni birləşdirmək olduğunu bildirib. O, Fransanın dövlət borcu, yaşayış xərcləri və sosial bərabərsizlik problemlərinə də toxunub.

Xatırladaq ki, prezidentliyə namizədliyini rəsmiləşdirmək üçün idmançı seçkili vəzifə tutan 500 şəxsin dəstəyini toplamalıdır.

Qeyd edək ki, Teddi Riner beşqat Olimpiya çempionu və 11 qat dünya çempionudur. O, 2028-ci ildə Los-Anceles Olimpiadasında da iştirak etməyi planlaşdırır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm