Avropa
Bu ölkədə daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır
Böyük Britaniyada həbsxanalarda sıxlığın azaldılması məqsədilə həyata keçirilən proqram çərçivəsində daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır.
Pyblika.az “Sky News”a istinadla xəbər verir ki, 2026-cı ildə qəbul edilmiş “Sentencing Act” qanununa əsasən, qarşıdakı bir il ərzində ümumilikdə 5 minə yaxın məhbusun cəza müddəti başa çatmadan azad edilməsi nəzərdə tutulur.
Proqramın ötən ay həyata keçirilən mərhələsində 650 məhbus azadlığa buraxılıb. Onlar 1 il 6 aydan 2 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər olub. Noyabrın 10-da həyata keçirilən üçüncü mərhələdə isə daha 650 məhbusun azadlığa buraxılması planlaşdırılır. Bu dəfə 2 il 5 aydan 3 il 2 aya qədər həbs cəzası almış şəxslər proqramdan yararlanacaqlar.
Əvvəlcə proqram çərçivəsində 6 min məhbusun vaxtından əvvəl azad edilməsi nəzərdə tutulsa da, hökumətin müdaxiləsindən sonra bu rəqəm 5 minə endirilib. Zorlama və uşaqlara qarşı ən ağır cinsi cinayətlər törətmiş şəxslər siyahıdan çıxarılıb.
-
Region18:36İran yeni yeraltı raket şəhərciyini istifadəyə verdi
-
ABŞ18:24Heqset ona qarşı impiçment təşəbbüsünə belə reaksiya verdi
-
Region17:12Ermənistanın dövlət qurumlarının adı dələduzluqda hallanır - Əhaliyə müraciət
-
Dünya16:51Bu fotolar dünyanın diqqətini çəkdi
-
Sosial16:17Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Yaxın Şərq15:48ABŞ bu məsələdə İrana güzəştə getdi - 9 milyardlıq razılaşma
-
Sosial15:00Dekabrda neçə gün iş olmayacaq?
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü









.jpg)














.jpg)








.jpg)




