Avropa
Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?
ABŞ, Ukrayna və Rusiyanın Əbu-Dabidəki üçtərəfli danışıqlarının ilk günü konstruktiv və olduqca məzmunlu olub.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.
"Bu gün görüşlərin ilk günüdür – əvvəlcə avropalı və amerikalı tərəfdaşlarla söhbət olub, sonra isə bizim, Amerika və Rusiya nümayəndə heyətlərimiz arasında üçtərəfli format. Dəstəyə görə Ukraynanın bütün tərəfdaşlarına minnətdaram.
Üçtərəfli format konstruktiv və olduqca məzmunlu idi. Humanitar addımların zəruriliyini və mümkün parametrlərini müzakirə etməyə imkan tapdıq. Əsirlərin azad edilməsi prioritetdir", - o yazıb.
Ukrayna liderinin sözlərinə görə, tərəflər Ukraynaya təhlükəsizlik zəmanətlərinin məzmununu və onların uzunmüddətli fəaliyyətinin əsasını ətraflı şəkildə müzakirə ediblər.
"Müharibənin bərpasına yönəlmiş hər hansı cəhdlərin qarşısını almaq üçün real alətlər lazımdır. Deeskalasiya addımlarının zəruriliyi mövzusu da var idi... Əsas məsələ sülhü real şəkildə yaxınlaşdırmaqdır və Ukrayna tərəfindən yalnız məhsuldar, keyfiyyətli, dürüst iş olacaq. Bu danışıqların təşkilinə görə ABŞ-yə və etibarlı danışıqlar platformasına görə BƏƏ-yə təşəkkür edirəm", - Zelenski vurğulayıb.
-
Avropa20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?
-
İdman19:36Emin Abbasova yüksək vəzifə verildi
-
Region18:36İran yeni yeraltı raket şəhərciyini istifadəyə verdi
-
ABŞ18:24Heqset ona qarşı impiçment təşəbbüsünə belə reaksiya verdi
-
Region17:12Ermənistanın dövlət qurumlarının adı dələduzluqda hallanır - Əhaliyə müraciət
-
Dünya16:51Bu fotolar dünyanın diqqətini çəkdi
-
Sosial16:17Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Yaxın Şərq15:48ABŞ bu məsələdə İrana güzəştə getdi - 9 milyardlıq razılaşma










.jpg)









.jpg)









.jpg)




