“Məktəb sosial şəbəkələrdə lentə baxmaq üçün deyil” - İngiltərədən SƏRT QADAĞA
Bizi izləyin

Avropa

“Məktəb sosial şəbəkələrdə lentə baxmaq üçün deyil” - İngiltərədən SƏRT QADAĞA

“Məktəb sosial şəbəkələrdə lentə baxmaq üçün deyil” - İngiltərədən SƏRT QADAĞA

İngiltərədə 2027-ci ilin sentyabrından etibarən şagirdlərə mobil telefonlarını sinif otaqlarına gətirməyi qadağan edən yeni məktəb qaydaları qüvvəyə minəcək.

Publika.az xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda da şagirdlərə telefonlardan istifadə etmək qadağandır, lakin qaydalarda müəllimlərin bu tələbin yerinə yetirilməsinə necə nəzarət etməli olduqları dəqiqləşdirilməyib. Yeni qaydalara əsasən, müəllimlər şagirdlərin üzərində telefon olub-olmadığını fəal şəkildə yoxlamalı olacaqlar. Qadağa İngiltərədəki məktəblərə şamil ediləcək, çünki Şotlandiya və Uels bu məsələ ilə bağlı öz qaydalarını müəyyənləşdirir.

“Məktəb sosial şəbəkələrdə lentə baxmaq üçün deyil, təhsil almaq və dostluq münasibətləri qurmaq üçündür”, – deyə təhsil naziri Lüsi Pauell bildirib.

Qeyd olunub ki, bəzi məktəblərdə telefonların saxlanılması üçün kilidlənən kisələrdən və ya konteynerlərdən istifadə edilir. Digər məktəblərdə isə telefonlar günün əvvəlində şagirdlərdən alınır, yaxud onların təhsil müəssisəsinin ərazisinə gətirilməsi tamamilə qadağan olunur. Qəzetin məlumatına görə, orta məktəb şagirdlərinin yalnız 16 faizi qaydalara daim əməl edildiyini bildirir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm