Avtopublika
Tesla avtomobillərində “avtopilot” funksiyasının tətbiqinə başlanıb
Tesla şirkəti, avtomobilləri üçün "avtoplitot" rejimini təmin edən yeni proqramın tətbiqinə başlayıb.
Publika.az BBC-yə istinadən xəbər verir ki, proqram Model S və yeni Model X avtomobillərinin magistral yollarda avtomatik idarə olunmasına, zolaq dəyişdirməsinə və nəqliyyatın hərəkətinə uyğun olaraq sürəti dəyişməsinə imkan yaradır. Teslanın icraçı direktoru Elon Musk bildirib ki, avtopilot funksiyası sürücünün yollarda güvənini artırmaq üçün nəzərdə tutulub. Lakin proqramdan istifadə edən sürücülər diqqətli olmalıdır.
Onun sözlərinə görə, əgər maşın toqquşarsa, yenə də sürücü məsuliyyət daşıyır: "Sürücü məsuliyyətdən boyun qaçıra bilməz. Bu, gələcəkdə nə vaxtsa baş verəcək".
Proqram cümə axşamından etibarən şimali Amerikada istifadəyə verilib. Dünyanın başqa bölgələrində isə növbəti həftələr ərzində proqramın tətbiqinə başlanacağı gözlənilir. Proqram maşının mövqeyini və yolunu müəyyən etmək üçün kameralardan, radar və ultrasəs sensorlardan və xəritədən istifadə edir.
Avtomobil gedəcəyi yerə çatanda park etmək üçün yeri özü axtarır. Tamamilə avtomatik maşınları nəzərdə tutan Google-dan fərqli olaraq, Tesla bu prosesi tədricən həyata keçirməyi planlaşdırır.
Hazırda proqramda bəzi məhdudiyyətlər var və vaxt keçdikcə təkmilləşdirilməlidir.
"Əgər güclü qar yağarsa sistemin çalışması çətinləşəcək, ona görə də diqqətli olmağı məsləhət görürük. Vaxt keçdikcə bu proqram insandan daha yaxşı çalışacaq. O heç vaxt yorulmur, heç vaxt içkiyə ehtiyacı yoxdur və avtomobildə heç kimlə mübahisə etmir," - Musk bildirib.
BMW və Volvo kimi digər avtomobil istehsalçıları da avtomatik funksiyaların inkişafı və tətbiqi üzərində çalışır.
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...












.jpg)
.png)










.jpg)














