Avtopublika
Azərbaycanda polis maşınları üçün ağıllı "miqalka" - FOTO
Azərbaycanda polis maşınlarının sayrışan işıqları
(miqalka) dəyişə bilər. ANS PRESS-in məlumatına görə, polis
maşınlarının işıqları "ağıllı" hala salınacaq.
Hüquq mühafizə orqanlarının ehtiyacları üçün texnoloji cihazlar
istehsal edən "Ekin Technology" şirkətinin rəhbəri Akif Ekin bu
barədə məlumat verib. Türkiyə mətbuatında yer alan məlumata görə,
Anadolu və Ege bölgələrində 4 rayonda polis maşını işıqları "Ekin
Patrol" adlanan bu lampalarla əvəz edilib.
İşıqların fərqi ondadır ki, onlar həm başqa maşınların sürətini
ölçür, həm də dövlət nömrə nişanı haqqında məlumatları sürətli
şəkildə dəqiqləşdirir. Onlardan kütləvi hadisələr zamanı üz tanıma
sistemi kimi də istifadə etmək olar. "Ekin Patrol" hərəkətdə olan
maşında həm önü, həm də arxasını görə bilir. Sürətlə hərəkət edən
maşındakı bu sistem əldə etdiyi məlumatları mərkəzi idarəyə də
yollayır.

A.Ekin bu sistemin bir nçə il öncə hazırlandığını deyib.
"Yerləşdirdiyimiz yeni sistem polis maşınlarının ətrafındakı
avtomobillərin sürətini ölçür, nömrəsi haqqında məlumatın tez əldə
edilməsinə kömək edir".
"Miqalkalar" maşın hərəkətdə olanda belə radar vəzifəsini görən
sistemin daha da təşmilləşməsi üçün işlərin davam etdiyini deyib.
Onun sözlərinə görə, indi silah səsinin gəldiyi yönü də tapa bilən
sistemin də cihaza inteqrasiyası üzərində iş aparılır. İşıqlar
vasitəsilə toplanan məlumatlar 60 gündən çox yaddaşda qalır.

"Ağıllı lampa" sistemi həm önü, həm də arxanı görə bilir
Ekin bu işıqlardan yaxın zamanlarda Türkiyənin paytaxtı Ankara və
İstanbulda da istifadə ediləcəyini deyib. Onun sözlərinə görə, ölkə
xarici ölkələrdə də ağıllı işıqlara yüksək tələb olduğunu deyib.
Belə ki, Birləşmiş Ərəb Əmirliyinə 250, Azərbaycana isə 400 cihazın
satışı üçün müqavilə imzalanıb. O, artıq 200 sistemin Azərbaycana
verildiyini deyib.
Sistem artıq ABŞ-da da testdən keçirilir.
Sifarişçilər arasında Səudiyyə Ərəbistanı, Qətər də var.
Şirkət rəhbərliyinin məlumatına görə, Türkiyə xaricində ilk
genişmiqyaslı layihəni məhz Bakıda reallaşdırıblar.

Sistem yaxınlıqdakı maşınların sürətini ölçür, nömrələri
tanıyır.
-
Hadisə21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video



























.jpg)







