Avtopublika
Bu avtomobillər Azərbaycanda istehsal oluna bilər - FOTOLAR
Azərbaycanlı gənc "Formula-1" yarışlarında öz "avtomobil sərgisi"ni nümayiş etdirəcək
23 yaşlı Şəki sakini Ramil Nəcəfov 2016-cı ildə Azrəbaycanda keçiriləcək "Formula-1" yarışlarında öz "avtomobil sərgisi"ni nümayiş etdirməyi planlaşdırır. İndi onun hədəfi Azərbaycanda bir ilk olan yeni avtomobili istehsal etməkdir.
"Report" xəbər verir ki, Şəkinin Baş Layısqı kəndində yaşayan Ramil hazırda Türkiyədə təhsil alır. O, gələcəkdə tanınmış dizayner olmaq niyyətindədir. Ramil əvvəllər Avropa istehsalı olan avtomobilləri dizayn etsə də, indi Azərbaycana məxsus "Azerant" adlı avtomobili nümayiş etdirmək fikrindədir. Dizayner söyləyir ki, bu avtomobilin istehsalı ucuz başa gəldiyi üçün qiyməti də Azərbaycanda 15-20 min manat arası, xaricdə isə 30-40 min manat civarında dəyişə bilər.
Gənc dizayner niyə məhz "Azerant" adını seçdiyini belə izah edib: "Loqoda "Aze" sözü ingiliscə Azərbaycan, "T" texnika, "N" isə nailiyyət mənasındadır. Bu, bütövlükdə "Azerant" adlanır. Yəni bu, Azərbaycanın 20 il ərzində sözügedən sahədə ilk nailiyyətidir".
Ramil Nəcəfovun yeni layihəsi bir çox özəlliklərə malikdir. İstehsal olunacağı təqdirdə nanotexnologiyadan istifadə ediləcək: yüngül lehimli disklər, sensordan istifadə edilməklə yığılan salon, tam yeni dizaynda gecə və gündüz işıqları, qapıların əl dəymədən açılması və s. Avtomobilin 250-300 at gücündə olması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən Ramilin layihəsi tanınıb və ona müəllif hüququ verilib.
-
Hadisə21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video



























.jpg)







