Avtopublika
"Bentley" yenilənmiş "Mulsanne"ni təqdim etdi - FOTOLAR
"Bentley" şirkəti sedan "Mulsanne"-nin təkmilləşdirilmiş versiyasının sirrini açdı. Yeniliyin təqdimatı mart ayında Cenevrədəki avtosalonda keçiriləcək.
Model Avropada bu yay satışa çıxarılacaq. Avtomobilin əsas rəqibləri "Rolls-Royce Phantom" və "Mercedes-Maybach S-Class"-dır. Restaylinq olunmuş sedan uzadılmış təkər bazası olan modifikasiya alıb ki, onun sayəsində arxa oturacaqdakı sərnişinlərin ayaqları üçün daha böyük yer alınıb. Bundan əlavə, yeni sedanı 6 nəfərlik salon modifikasiyası ilə də əldə etmək olar. Avtomobil fərqli radiator barmaqlığı, bamperlər və yeni optika ilə təchiz edilib.
Sedanın kapotu altında 6,75-litrlik benzin tvin-turbo V8 mühərriki quraşdırılıb. Restaylinqdən əvvəlki model də bu mühərriklə təchiz edilirdi. O, 512 a.g. və 1020 Nm fırlanma anı verir. Mühərrik 8-pilləli avtomat ZF sürət qutusu ilə hərəkət edir. Avtomobil 100 km/saata 5,1 saniyəyə sürətlənir. Maksimal sürət 300 km/saatdır.
"Bentley", həmçinin yeni kabriolet "Mulsanne Grand Convertible"-ın təqdimatına hazırlaşır. Avtomobilin satışı 2017-ci ilin əvvəlində başlayacaq./Auto.az/









-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














