Avtopublika
Maşını ustaya verəndə bunlara diqqət edin, yoxsa... - VİDEO
Təmir üçün avtomobilini ustaya verən sürücü xoşagəlməz hadisə ilə rastlaşıb. Səhəri gün avtomobilini götürməyə gedən sürücü maşını ustadan yox, cərimə meydançasından tapıb. Məlum olub ki, ustanın yeniyetmə oğlu avtomobili sahibindən icazəsiz sürüb avtoxuliqanlıq hərəkətləri etdiyinə görə polis tərəfindən tutulub. Yazılan cəriməni avtomobili qaçıran tərəf ödəmədiyindən indi iş məhkəməyə qədər gedib çıxıb.
Publika.az xezerxeber-ə istinadən xəbər verir ki, hadisə iki il əvvəl paytaxtın Xətai rayonunda baş verib. Həmin vaxt avtomobili qaçıran Elnur Baxşıyevə 500 manat cərimə yazıldıqdan sonra, avtomobil sürücü Vidadi Məmmədovun özünə qaytarılıb.
Polis Vidadi Məmmədova bildirib ki, bu müddət ərazində avtomobilə yazılan 500 manat cərimə 800 manat olub. Əlacsız qalan sürücü ustanın oğlu Elnur Baxışovla əlaqə saxlayıb. O, cəriməni ödəmədiyini dedikdə Vidadi Məmmədov onu Xətai rayon məhkəməsinə verib. Məhkəmə işi araşdırdırdıqdan sonra, Elnur Baxşıyevin yaşadığı Suraxanı rayon İcra Xidmətinə vurduğu ziyanı məcburi ödəməsi ilə əlaqədar qərar çıxarıb.
Suraxanı rayon İcra Xidmətinin icra məmuru Əkirəm Əliyev məsələdən xəbərdar olduğunu deyir. Elnur Baxşıyevin 16 yaşı olduğundan, heç bir yerdə işləmədiyindən və adına əmlakı olmadığından cəriməni ödəyə bilmir.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi


















081218_2.jpg)







.jpg)














