Avtopublika
Məhşur avtomobil loqolarının daşıdığı məna
Mitsubishi
Üçdənəli paxlava şəkli samuray emblemindən ilhamlanıb. Mitsubishi
şirkətini yaradan iki yapon ailəsinin istehsal etdikləri
avtomobildəki emblem məsuliyyət şüurunu, centmenliyi və cəmiyyətlər
arasında uyğunlaşma mənasını verir.

Audi
"Audi" emblemində olan 4 halqa avtomobil birliyi üçün ittifaq quran
4 firma mənasındadır. Şirkətə "Audi" adı isə firmanın
rəhbərlərindən olan mühəndis August Horch tərəfindən verilib.

Toyota
Yapon şirkətinin qurucusu olan Kirchiro Toyoda 1937-ci ildə 3
ellips formalı güclü marka emblemini meydana gətirdi. Emblemdə olan
ellipslər avtomobil ilə müştərisi arasındakı komanda ruhunu və
müasirliyi təmsil edir.

Peugeot
İlk əvvəllər mişar və mişar məhsulları istehsal edən Peugeot
məhsullarını "Aslan kimi güclü" lozunqu ilə satırdı. Daha sonra
avtomobil istehsal edərəkən aslanı öz emblemləri olaraq qəbul
etdilər.

Mercedes-Benz
Daimler Chrysler ilə müştərək çalışaraq avtomobil istehsal edən
Carl Benz avtomobilə ad tapa bilməyincə bircə qızı olan Mercedes
Benzin adını bu avtomobilə verir. Mercedes emblemində olan 3 ayaqlı
ulduz isə "Mercedes-Benz"in quruda, suda və havada gücünü ifadə
edir.

Ferrari
İtaliyada qraf ailəsinin 1923-cü ildə firma rəhbəri Enzo Ferrariyə
hədiyyə etdiyi at heykəli Ferrari şirkətinin sonralar embleminə
çevrildi. Emblemdə olan sarı və qırmızı rənglər qonşu şəhər olan
Modenanın və yarışa olan sevginin təzahürüdür.

Ford
Bu ad şirkət qurucusu Henry Forddan götürülüb. Mavi tablo üzərində
gözəl dizaynlı hərflə yazılan "Ford"un nostalji keçmişi var.
1903-cü ildən bu yana istifadə olunan Ford emblemində bir müddət
Köln kilsəsinin siluetindən də istifadə olunub.

Subaru
Subarunun emblemində olan ulduzlar 6 yapon avtomobil
istehsalçısının birləşərək bir avtomobil istehsal etdikləri
mənasını verir.

Volvo
Volvo avtomobillərini İsveç poladını simvollaşdıran dairə və ox
bəzəyir. Bu emblemin poladdan olması Volvo modellərininin möhkəm
olması mənasını verir.

Volkswagen
"Vw" emblemi Porsche mühəndisi Franz Xaver tərəfindən təklif
olunub. 1948-ci ildən avtomobillərdə istifadə olunan bu emblemin
mənası Almaniyanın Wolfsburg şəhərini təmsil etdiyi mənasını
verir.

Nissan
Dairənin içərisinə yazılmış "Nissan" adı qlobal güc və dünya
səviyyəsində məşhurluq mənasını verir.

Opel
Adam Opelin qurduğu firma ilk əvvələr tikiş maşını istehsal
edirmiş. 1899-cu ildən avtomobil istehsal edən şirkətin emblemində
təkər və içində şimşək təsvir olunur ki, təkər etibarlılığı, şimşək
isə sürət mənasını verir.

BMW
BMW-nin emblemindəki mavi və ağ rənglərin mənasının məşhur
Bavariyadan gəldiyi bildirilir. Bavariyada yerləşən şirkət 1929-cu
ildən təyyarə və motor istehsalı ilə məşğul olan BMW emblemdəki
dairəyə uyğun təkərlər üçün fırlanan pərvanə fiquru yaradır. Daha
sonra araba istehsalına başlayan BMW şirkəti istehsal etdiyi
avtomobillərində də eyni emblemdən istifadə etdi.

Porsche
Porsche emblemindəki qara at Almanyanın Ştutqart şəhərinin
gerbindən götürülüb. Maral buynuzu ilə qırmızı-qara rənglər isə
Almaniyanın Württemberg bölgəsinin gerbidir.
-
Ekologiya17:07Zümürxan gölü zibilliyə çevrildi - Fotolar
-
Nida Xəbər 16:36Azərbaycanın QHT nümayəndələri Nyu-York merinə etiraz etdilər
-
İqtisadi gündəm15:53Azərbaycanda dövlət qurumları nasaz avtomobilləri sığortalayırmış
-
Sosial15:30Azərbaycanda daşınmaz əmlak sığortasında yeni mərhələ: İkitirəlik yaranacaq?
-
Nida Xəbər 15:23XİN-dən Nyu-York merinə cavab: Təhrikedici bəyanatınızı rədd edirik!
-
Ekologiya15:16İntensiv yağışlar qayıdır - Xəbərdarlıq
-
Sosial13:10Azərbaycanda iyunun 1-dən yeni qayda tətbiq edilir: Nə dəyişəcək?
-
Region12:44Erməni deputatdan revanşist açıqlama: "Mübarizə sona qədər davam edəcək"







































