Avtopublika
Çindən daha bir ilk: internet-avtomobil istehsal olundu
Çinin "SAİC Motor" avtomobil şirkəti və "Alibaba" şirkətlər qrupu dünyada ilk "Roewe City Rx5" adlanan internet-avtomobilini istehsal etdiklərini elan ediblər.
İKT.lent.az-ın Çinin "Jenmin Jibao" nəşrinə istinadən məlumatına görə, avtomobil sənayesinin nəhəngi və internet ticarət nəhəngi "Alibaba" şirkətlərinin dərin əməkdaşlığı Çin avtomobil sənayesinin yenidən qurulması və modernləşdirilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Məlum olub ki, "Roewe City Rx5" SAİC şirkəti tərəfindən layihələndirilib və tərtib edilib. Bura yeni enerji texnologiyaları və digər resurslar, "Aliibaba" əməliyyat sistemi də daxildir. Avtomobilin naviqatoru, musiqi əlavəsi və digər resurslarının internetə çıxışı mövcuddur və istifadəçilərə intellektual səyahət təqdim etmək üçün bütün on-layn və off-layn resurslar inteqrə olunub. SAIC və "Alibaba" üç növ belə avtomobil istehsal etməyi düşünür. Bunlar elektromobil, hibrid versiya və adi, benzinlə işləyən versiyalardan ibarət olacaq.
Bundan başqa, SAİC və "Alibaba" internet-avtomobilin tez-tez yenilənməsini planlaşdırırlar. Tədricən SAIC avtomobildə yeni enerji texnologiyaları, intellektual idarəetmə və digər perspektivli texnologiyaları tətbiq edəcək.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi












081218_2.jpg)












.jpg)















