Avtopublika
Bakı küçələrindən yox olan 10 maşın
Volqa
Bu Volqalardan şəhərdə hələ də tək-tük görmək olur. Bir dövrün ən ikonik maşını olan Volqanı indi ya çox baxımsız şəkildə, ya da xüsusi həvəskarları tərəfindən par-par parıldadılmış halda şəhərin küçələrində çox az görmək olur.
Zaporojets
Sovet illərinin ikonik avtomobillərindən daha biri. Ukraynanın Zaporojye adlı şəhərindən çıxan maşının şöhrəti şəhəri belə kölgədə qoya bilib. Yəqin ki, aranızda çox az adam bu maşına minmək şərəfinə nail olub.
Lada 2013
Sovet ölkələrində yaşayanların "Jiquli" olaraq tanıdığı Lada 2103 1972-1984 illər arasında istehsal olunurdu. Hələ də rayonlarda və Bakı kəndlərində az da olsa qarşımıza çıxa bilir.
Tofaş
Jiquli bizim üçün nədirsə, Tofaş da türklər üçün eyni maşındır. Ancaq Azərbaycana 90-cı illərdən etibarən gəlməyə başlayan Tofaş artıq əvvəlki qədər diqqət görmür.
Mercedes W-140
90-cı illərdə istehsalına başlanılan, bir digər adı ilə "Şessot" uzun müddət ölkənin ən "hörmətli" maşını olub. "Müdir" maşını olaraq da tanınan Mercedes modeli Bakı küçələrində əvvəlki kimi çox görünmür və hətta nostaljik olaraq görülməyə başlayıb.
Renault 12
90-cı illərdə Bakıda çox sayda taksi bu model idi. İndi xidmətlərin dəyişməsi ilə taksilər də daha üst model maşınlarla əvəzlənməyə başlanılıb.
Moskviç
Sovet maşınlarından növbətisi. Onlarla Moskviç modelləri arasından birini seçməyə məcbur olduq. Moskviçlər də getdikçə "muzey" avtomobili olmağa hazırlaşır.
ZiL 130
Hələ də sayı çox olsa da artıq istehsal olunmadığını, getdikcə də yerini yeni maşınlara verdiyini demək olar. Səsi, tüstüsü, "tökülmüş" halı ilə hələ uzun illər ağlımızda qalacaq.
Minsk
Sovet dövrünün ən məşhur motosikllərindən biri olan Minski səsindən tanımaq olurdu.
Volqa (2410)
Mercedesin oldschool "müdir" versiyası olaraq da tanınır. Hal-hazırda tək-tük sayda da olsa taksi kimi işlədilən bu maşınlarda bir vaxtlar ən yüksək çinli məmurlar, müdirlər gəzirdi.
-
Ekologiya17:07Zümürxan gölü zibilliyə çevrildi - Fotolar
-
Nida Xəbər 16:36Azərbaycanın QHT nümayəndələri Nyu-York merinə etiraz etdilər
-
İqtisadi gündəm15:53Azərbaycanda dövlət qurumları nasaz avtomobilləri sığortalayırmış
-
Sosial15:30Azərbaycanda daşınmaz əmlak sığortasında yeni mərhələ: İkitirəlik yaranacaq?
-
Nida Xəbər 15:23XİN-dən Nyu-York merinə cavab: Təhrikedici bəyanatınızı rədd edirik!
-
Ekologiya15:16İntensiv yağışlar qayıdır - Xəbərdarlıq
-
Sosial13:10Azərbaycanda iyunun 1-dən yeni qayda tətbiq edilir: Nə dəyişəcək?
-
Region12:44Erməni deputatdan revanşist açıqlama: "Mübarizə sona qədər davam edəcək"

















































