Avtopublika
Lənkəranski bu avtomobildən sifariş veribmiş – FOTOLAR
Rusiyada tanınmış siyasətçilər, iş adamları, mafiya liderləri və qanunu oğrular üçün nəzərdə tutulan zirehli avtomobillərin kütləvi istehsalına başlanılıb.
Publika.az xarici mediaya istindən xəbər verir ki, Rusiya və Estoniyanın birgə "ООО Автокад OOO Combat Armoring Group" şirkəti tərəfindən hazırlanan "Kombat T-98" adlı avtomobilin satış qiyməti 1.5 milyon dollar təşkil edir.
Avtomobil 1 tona yaxın yük götürmək qabiliyyətinə malikdir. Avropadakı varlı şahzadələr tərəfindən də maraqla qarşılanan bu avtomobilin əsas özəlliyi almaz qatlı ağ qızılla örtülmüş pəncərəyə sahib olmasıdır.
Bundan başqa, 8.1 litrlik və "V8" mühərrikli bu avtomobil gülləyə və partlayıcı maddələrə dözümlü zirehlərlə təchiz olunub.
Rusiya mediası yazıb ki, artıq rusiyalı oliqarx Roman Abramoviç və Dubay şahzadəsi də bu avtomobildən hazırlanması üçün istehsalçı şirkətə xəbər göndərib: "Bundan əlavə, bu il avqustun 18-də Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski 2015-ci ildə özü üçün "Kombat T-98" model avtomobil sifariş veribmiş".
Vasif Həsənli
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi



















.jpg)




.jpg)














