Avtopublika
Əfsanəvi "QAZ-24" qayıtdı - BAX BU CÜR
Büdcəniz imkan verirsə, problemsiz istədiyiniz maşını ala bilərsiz. Üstüaçıq və ya üstübağlı, fərq etməz. Təsəvvür edin ki, üstüaçıq maşınla şəhərdə gəzirsiz. Hansı hislər keçirərdiz? Ətrafdakıların, digər sürücülərin reaksiyası necə olardı?
Publika.az xəbər verir ki, əsl kabrioletlərə həmişə böyük maraq var. Şəhərdə nadir hallarda görünən üstüaçıq maşınlar diqqət çəkir. Ancaq "yığılma" kabriolet təkcə böyük diqqətə yox, həm də müzakirələrə səbəb olur.

Rusiyada yaşayan maşın həvəskarlarından biri 1973-cü il istehsalı olan "tökülmüş" "Volqa" alaraq onu inanılmaz vəziyyətə gətirib (yaxşı mənada). QAZ-24-ün damını kəsdirən səbəbkar mühərrikə də əl gəzdirərək kabriolet düzəldib. Arxa qapıları da yeniləyib. Fərq onların əks istiqamətə açılmasıdır.

Rəngin qara seçilməsi də təsadüfi deyil. Şəhərdə digər maşınlarla yanaşı gedəndə "Volqa Kabriolet" gözəlliyi ilə hamısından seçilir. Yan tərəflərə də xüsusi aeroqrafiya vurulub. Oturacaqların bənövşəyi rəngdə olması da "gözəl"ə xüsusi gözəllik verir.

Pərviz Hikmət
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi


















.jpg)





.jpg)














