Avtopublika
DİQQƏT: Bu maşınlara pul xərcləməyə dəyməz – FOTOLAR
Elə maşınlar var ki, onları bəlkə də həyatda bir dəfə görmək şansı olur. İçində oturanda isə anlayırsan ki, belə narahat maşının olmasındansa, olmaması daha yaxşıdır.
Publika.az sizə dünyanın ən komfortsuz 10 avtomobilini təqdim edir. Bu maşınlara pul xərcləməyə həqiqətən də dəyməz.
1. Dodge Dart

İlk baxışdan xoş təəssürat yaradan bu maşına pul xərcləməyə dəyməz. Belə avtomobillər xüsusi diqqət tələb edir. Bundan başqa, burada sizi darıxdırıcı interyer, yöndəmsiz idaretmə və iyrənc ötürücü qutusu gözləyir.
2. Mercedes Benz CLA

Bu cür adı var. Di gəl ki, "Mercedes Benz CLA" alan adam iki dəfə düşünməlidir. Bəlkə də 3 dəfə. Sonradan peşman olmamaq üçün. Ümumilikdə pis maşın olmasa da, sürücü və sərnişin üçün ürəyəyatımlı olmaya bilər.
3. Chevrolet Trax

Başqa bir gözəl görünüşlü "yalançı". "Doğulandan" 13 ay sonra istehsalçı onu yenidən "yığmalı" oldu. Ancaq yenə də salonu sürücülərin xoşuna gəlmədi. Eləcə də, əyləc sistemi, idaretmə və səsi də ürəkaçan deyil.
4. Chrysler 200

Ədalət naminə deməliyik ki, kənardan bu avtomobil gözəl görünür. Başqalarına baxanda babat maşındır. Məsələ burasındadır ki, yeni model sələflərindən çox geri qalır. İndiyədək də bu maşını sürənlərin şikayətlərini eşitmək mümkündür.
5. Mitsubishi Evolution

Çox mübahisəli avtomobildir. Müxtəlif təəssüratlar oyadır adamda. Bir tərəfdən əla konstruksiyası var. Digər tərəfdən əksər detallar ucuz materialdan hazırlandığı üçün keyfiyyət aşağıdır. Qiymətinə görə pis maşın deyil. Ancaq onun qiymətinə daha yaxşısını almaq olar.
6. Mazda CX-9

Təəssüflə qarşıladığımız Mazda CX-9 da maşın həvəskarlarında ikili hislər oyadır. Qiyməti elə də az deyil. Bunun müqabilində qiymətinə uyğun keyfiyyət və avadanlıqla təchiz olunmayıb. Ondan əvvəlki model daha uğurlu olmuşdu.
7. Toyota Yaris

Avtomobil istehsalçıları arasında amansız rəqabət həmişə olub və bu, kapitalizmin əsas qaydasıdır. Ancaq bəzən bu qayda avtomobil sənayesində fiaskoya uğrayır. Buna bariz nümunə kimi Toyota Yarisi göstərmək olar. İstehsalçı az qala bütün detallarda qənaətcil davrandığı üçün maşın oyuncağa bənzəyir.
8. Jeep Compass

Ən məşhur avtomobil istehsalçıları belə bəzən uğursuz modellərlə gündəmə gəlir.
9. Fiat 500L

Nə ən yaxşı maşındır, nə də ən pis. Bu "Cırtdan" yol sınaqlarından tam uğurlu çıxmaylb. Yəni ona xərclənən pula daha keyfiyyətli maşın almaq olar. Hər halda, seçim sürücülərindir.
10. Ford Escape

İsinmə, təhlükəsizlik yastıqları və elektrik avadanlıqlarında ciddi problemlər var. Dəfələrlə "yenidənqurma"ya məruz qalsa da, ortaya cidd məhsul çıxmayıb.
Pərviz
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi



















.jpg)




.jpg)














