Avtopublika
Yol polisinin keçirdiyi reyddə GÜLMƏLİ ANLAR – VİDEO
Sosial şəbəkələrdə yayılan bu görüntülərdə maraqlı məqamlar var. Əvvəlcə yol polisinə "içmişəm, sonra "içməmişəm" deyən, sənədsiz maşın sürən, kateqoriyası olmadan sərnişin daşıyan, sükan arxasında sərxoş əyləşən, maşınına mal-heyvan səsi çıxaran siqnal quraşdıran sürücülər bu videoda əksini tapıb.
Publika.az xəbər verir ki, Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi bu reyd Tovuz rayonunu əhatə edir. Burada inspektorların sürücülərlə davranışı, texniki vasitələrlə təminatı maraq doğurub. Belə ki, avtomobilin şüşələrinin tündləşdirilməsini ölçmək üçün xüsusi cihazı tətbiq edən inspektor sürücünün hay-küyünə son qoyub və sübut edib ki, o, həqiqətən də qayda pozub.
Daha sonra sərxoş halda tutulan sürücünün yol polislərini şərləməyə cəhd göstərməsi maraq doğurur. O, "maşınımda 10 min manat var" deyərək, aradan çıxmağa çalışsa da, istəyinə nail ola bilmir.
Kiçik nöqsanları çıxmaqla reyd zamanı polis əməkdaşlarının davranışı və pozulan qayda pozuntuları üzrə sürücülərə ətraflı məlumat verməsi, sərnişinləri də məlumatlandırması alqışa layiqdir. Sərnişin daşımaq üçün sürücülük hüququ olmayan sürücünün, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən şəxsin, polisə tabe olmayıb qaçanların əks olunduğu bu videoda çox maraqlı məqamlar əksini tapdığı üçün oxucularla paylaşmaq qərarına gəldik. Videonun nə vaxt çəkildiyi bilinməsə də, sosial şəbəkələrdə iyul ayında yayılıb. (Avtosfer.az)
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi


















.jpg)





.jpg)














