Avtopublika
Mercedes-Benz-dən möhtəşəm konsept - FOTO
"Mercedes-Benz" şirkəti möhtəşəm kupenin konseptini təqdim edib. Avtomobil yenidən canlandırılmış "Maybach" brendi altında istehsal edilib və "Vision Mercedes-Maybach 6" adlandırılıb. Prototipin rəsmi təqdimatı Pebbl-Biçdəki zəriflik müsabiqəsində baş tutub.
Publika.az auto.az-a istinadən bildirir ki, avtomobilin uzunluğu 2+2 formulu ilə 5,6 metr təşkil edir. Bu parametrlə yenilik "Rolls-Royce Phantom Coupe"-dən üstündür. Konsept "qağayı qanadı" üslubunda qapılar, xromlaşdırılmış radiator barmaqlığı və diodlu optika alıb. Avtomobilin salonunda sensorlu cihazlar paneli və bütün lazımi informasiyanı qabaq şüşəyə çıxaran proyeksiyalı displey quraşdırılıb.
Yenilik 4 elektrik mühərriki vasitəsilə hərəkət edir. Onların ümumi gücü 738 a.g.-dür. Avtomobil 100 km/saata 4 saniyədən tez sürətlənir. Enerji 500 km getmək üçün bəs edir. Maksimal sürət 250 km/saatdır.
Konsept "Maybach"-ın "Rolls-Royce", "Aston Martin" və "Bentley" kimi bahalı modellərin hazırlanması üzrə bütün imkanlarını nümayiş etdirmək üçün düzəldilib. Bir qədər əvvəl bildirilmişdi ki, model tezliklə seriyalı olacaq və gələn il rəsmi olaraq təqdim ediləcək.
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı














.jpg)
.jpg)














.jpg)








