Banklar
İstehlak kreditlərinin həcmi artıb: əhalinin kütləvi borclanmasının səbəbi nədir?
Azərbaycanda fəaliyyət göstərən banklar müştəriləri üçün müəyyən şərtlərlə nağd pul kreditləri təklif edir. Vətəndaşlar bir çox səbəbdən kredit üçün banklara müraciətlər edir və pulun qaytarılması ilə bağlı öhdəliklər götürür. Ölkədə əhalinin kütləvi üz tutduğu istehlak kreditlərinin həcmi durmadan artır. Son bir ildə belə kreditlərin həcmi 1.5 milyard manat artaraq 8 milyard manata çatıb.
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Publika.az-a açıqlama verib.
O bildirib ki, istehlak kreditlərinin artmasının bir sıra səbəbləri var:
“Xüsusilə 2024-ci ildə sosial paketlər açıqlanmadı, minimum əməkhaqqı artırılmadı. Buna görə də əhalinin alıcılıq gücü aşağı düşdü. Bu isə öz növbəsində kreditli alışları məcburi hala çevirdi. Dolayısı ilə istehlak kreditlərinə ehtiyac bu səbəbdən daha da artıb. Eyni zamanda inflyasiyanın da burada rolu var. 2022-2023-cü illərdə baş verən ikirəqəmli inflyasiya qiymətlərinin artması tələb olunan nominal rəqəmləri dəyişib. Yəni əvvəllər 10 min manata alacağınız avtomobili bu gün 12-13 min manata alırsınız. Bu da istehlak kreditlərinin həcminə müəyyən mənada təsir göstərən faktorlardandır. Digər tərəfdən, bank sektorunda likvidlik, iqtisadiyyatda vəsaitlərin yerləşdirilə bilməməsi istehlak kreditləri istiqamətində təşəbbüsləri gücləndirib”.

İqtisadçı diqqətə çatdırıb ki, ölkədə kredit kartlarının sayı kütləvi şəkildə artır:
“Banklar bu istiqamətdə müxtəlif məhsullar təşkil edirlər. Yəni bu faktorlar fonunda mövcud rəqəmlər ortaya çıxır. Fəsadlar baxımından məsələyə baxmış olsaq, əlbəttə ki, insanların kütləvi borclanması arzu olunan deyil. Əhalinin borc yükünün artması xüsusilə də iqtisadi böhranlarda çox ciddi problemə çevrilir. Belə olan halda məsələnin idarə olunması çətin olur. Azərbaycanda istehlak kreditləri daha çox idxal olunan məhsullara yönəlir”.
Aysel Şahmar
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu






.png)













.jpg)















