Türkiyə səmasını qoruyacaq “Polad qübbə” ilə bağlı vacib ADDIM
Bizi izləyin

Dünya

Türkiyə səmasını qoruyacaq “Polad qübbə” ilə bağlı vacib ADDIM

Türkiyənin yeni hava hücumundan müdafiə sistemi “Polad qübbə”nin əsas komponenti olan uzaqməsafəli regional hava müdafiə sistemi “SİPER Ürün-1” Türk Silahlı Qüvvələrinin inventarına daxil edilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün açıqlayıb.

Yeni sistemin Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə xalqa hədiyyə olduğunu qeyd edən Görgün bildirib ki, SİPER sistemi döyüş təyyarələri və raketlər kimi hava hədəflərinə, o cümlədən, hava-yer tipli raketlərə qarşı mübarizə apara biləcək. Daha üstün imkanlara malik olacaq “SİPER Ürün-2” sisteminin təkmilləşdirilməsi üzərində işlər davam edir.

Xatırladaq ki, Türkiyənin yerli şirkətləri tərəfindən hazırlanan yeni nəsil sistemlər vasitəsilə unikal qalxan yaradan “Polad qübbə” ölkəyə qarşı havadan təhdidləri aradan qaldırmaq məqsədi daşıyır.

Fərqli keyfiyyət və gücə malik hərbi texnikaları bir araya gətirəcəyi üçün "sistemlər sistemi" kimi xarakterizə edilən layihəyə Türkiyənin texnologiya sahəsi üzrə flaqmanları olan “ASELSAN” və “ROKETSAN” şirkətləri, həmçinin, bir sıra müvafiq təşkilatlar cəlb edilib. Onların hazırladığı yerli sistemlər süni intellekt vasitəsilə qarşılıqlı inteqrasiya olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm