Bilgi.az
Göyçay sakini qeyri-adi pomidor yetişdirir - VİDEO
20 ildən artıqdır tərəvəzçiliklə məşğul olan Göyçayın Qaraxıdır kənd sakini Novruz Hacıyev fərdi həyətyanı sahəsində ilk dəfə yeni sort pomidor şitili yetişdirməyə nail olub.
Fermer bildirir ki, yeni sortu əldə etmək üçün eksperiment olaraq iki pomidor toxumunu kəsib birləşdirərək torpağa basdırıb. Hazırda bitki çiçəkləmə fazasındadır: "Yəni yetişdirmişəm məhsuldu, amma mütəxəsislər deyirlər ki, 15-dən, 20-dən, 30-dan yuxarı ola bilməz. Gördüyünüz kimi 500 dənə, 600 dənə çiçək var üstündə bir ağacda. Yəni yetişdirmişəm də. Qurban olum allaha, görək, nətər olacaq".
Fermer deyir ki, bu şitil məhsuldarlığına görə, 20-25 ədəd pomidor bitkisini əvəz edir. Çünki adi pomidor bitkisinin üzərində 35-40 çiçək olduğu halda yeni sort 500-dən yuxarı çiçək açmaq qabiliyyətinə malikdir.
Fermer, məhsuldarlıq gözlənilən kimi olarsa, qarşıdakı ildə şitillərin sayını 100-ə çatdırmaq fikrindədir. İndi Novruz Hacıyev çiçəklərin pomidora çevrilməsi üçün bitkiyə lazımi qulluğu göstərir. Məhsulun isə oktyabradək toplanması nəzərdə tutulur.
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?