Çexiyada qırmızı alt paltarına görə kütləvi istefalar - VİDEO
Bizi izləyin

Bilgi.az

Çexiyada qırmızı alt paltarına görə kütləvi istefalar - VİDEO

Qırmızı alt paltarı Çexiya xüsusi xidmət idarəsində kütləvi istefalara səbəb olub.

Publika.az İnterfax-a istinadən xəbər verir ki, Çexiya prezidenti Yan Fulikin iqamətgahının mühafizə xidmətinin rəisi ötən ay iqamətgahdan asılan qırmızı alt paltarına görə işdən çıxarılıb. Daha əvvəl mühafizə xidmətinin bir neçə əməkdaşı bu səbəbdən istefa ərizəsi yazmışdı.

Qeyd edək ki, Çexiya Respublikasında "Ztohoven" adlı qrupun üzvləri prezident sarayının damına çıxaraq dövlət bayrağını böyük bir qırmızı alt paltarı ilə əvəz ediblər.

Qrupun üzvləri bununla dövlət başçısı Miloş Zemana etirazlarını bildiriblər.

Qrup üzvləri hesab edir ki, Prezident sarayının damında asılan qırmızı şort heç bir şeydən utanmayan adam üçün ən uyğun bayraqdır. Qrupun üzvləri Zemanı Çin və Rusiya ilə yaxın əlaqələr görə tənqid ediblər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm