Selfinin xəstəlik olduğu təsdiqləndi
Bizi izləyin

Bilgi.az

Selfinin xəstəlik olduğu təsdiqləndi

ABŞ Psixoloqlar Dərnəyi rəsmi olaraq "selfie"nin və bu şəkilləri sosial şəbəkədə paylaşmağın ruhi pozğunluq əlaməti olduğunu açıqlayıb.

Dərnək Çikaqoda keçirilən illik idarə heyətinin konfransında bu psixi pozğunluğu "selfitis" olaraq adlandırıb. Psixoloqlar şəkilini çəkib sosial şəbəkədə paylaşmağın obsessiv kompulsiv bir meyil olduğunu və bunu şəxsin özünə inamsızlığını aradan qaldırmağın bir yolu olaraq göstərib.

Bu ruhi pozğunluğun 3 səviyyəsi olduğu bildirilib:

1. "Borderline selfitis": (Bu xəstəliyin sərhədində olmaq) - Şəxsin öz şəkilini gündə ən az üç dəfə çəkməsi, amma sosial şəbəkədə paylaşmaması;

2. "Acute selfitis": (Bu xəstəliyin irəliləməsi) - Şəxsin öz şəkilini gündə ən az üç dəfə çəkməsi və hər birini gündə 3 dəfə sosial şəbəkədə paylaşması;

3. "Chronic selfitis": (Xəstəliyin xroniki hal alması) - Nəzarət edilə bilməyəcək dərəcədə şəxsin öz şəkilini gecə-gündüz ard-arda çəkməsi və gündə altı dəfədən çox sosial şəbəkədə paylaşması.

Psixoloqlar bu xəstəliyin hələ müalicəsi olmadığını, lakin idrak davranış terapiyası ilə müvəqqəti müalicə edilə biləcəyini vurğulayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm