Bilgi.az
Salamat qal, kiçik çillə, boz ay gəlir
Bu gün kiçik çillə çıxır.
Publika.az xəbər verir ki, dekabrın 22-də başlayan qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə isə 20 gün çəkir. Dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə hesab edilir. Bu hesabla bu gün kiçik çillənin son günüdür.
Sabah isə boz ay başlayır. Novruzadək qalan 30 gün – yəni, fevralın 20-dən martın 20-dək olan dövr "Boz ay" adlanır.
Xatırladaq ki, el-obada "çillə" sözündən "qış"ın əvəzedicisi kimi istifadə edilir. Bu söz dərd-bəla, çətinlik mənasını daşıyır. Elə ona görə də, qış yerini yaza təhvil verərkən yandırılan tonqala el arasında "çillə qovan tonqal" deyilir. Kiçik çillədə hava daha soyuq, sərt şaxtalı olur. Kiçik çillənin çıxması ilə havalar tədricən isinir. Artıq çərşənbələr başlayır. Xalq inancına görə, boz ayda hava şəraiti də çərşənbələrə (Su, Od, Yel və Torpaq) uyğun olaraq dəyişir.
Ləman Sultan
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı