Bilgi.az
Şokoladın daha bir faydası açıqlandı
Xoşbəxtlik hormonunun istehsalını artırdığı üçün bir çox insanın vazkeçilməzləri arasında olan şokoladın daha bir faydası üzə çıxıb.
Publika.az xəbər verir ki, aparılan araşdırmalar şokoladın alzaymer xəstəliyinə yaxalanmaq riskini azaltdığını üzə çıxarıb. Mütəxəssislər bildirir ki, şokolad beyni qoruyur, yaddaşı möhkəmləndirir və zəkanı artırır. Tez-tez şokolad yeyənlərdə, xüsusilə, göz yaddaşı güclü olur. Şokolad qısa müddətdə problemlərdən çıxış yolu tapmağa, məntiqli fikirlər yürütməyə kömək edir.
Telefon nömrələrini və ya evə alınacaq qidaları unudursunuzsa, şokolad yeyərək yaddaşınızı gücləndirə bilərsiniz.
Şokolad yeyənlər eyni zamanda bir neçə işlə məşğul ola bilir. Məsələn, avtomobil idarə edərkən danışır, telefonla danışdıqları müddətdə alış-veriş siyahısını yaza bilirlər. Alimlərin iddiasına görə, şokoladın tərkibindəki maddələr orqanizmdə qan dövranını sürətləndirdiyi və beynə daha çox qan getməsini təmin etdiyi üçün beyin funksiyalarını gücləndirir.
Qeyd edək ki, yalnız 70 və ya 90 faizi kakaodan ibarət olan tünd şokoladdan istifadə etmək lazımdır.
Ləman Sultan
-
MDB11:00
Deputatdan təklif: Bu uşaqların valideynləri cəzalandırılsın
-
Region10:30
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
İdman06:46
Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək