Bilgi.az
60 yaşlı qadın 100-ə yaxın ilan öldürdü
Dağıstanın Kumtorkalinskiy kəndində yaşayan yaşlı sakinlərdən biri təxminən yüz ilan öldürüb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Səqibə İslamməhəmmədova adlı 60 yaşlı qadın kartof əkən zaman təsadüfən xırda ilanların yuvasını tapıb. Yaşlı qadın əlindəki bellə dərhal ilanları əzərək öldürməyə çalışıb. İlanlardan bəziləri qaçmağa nail olsa da qadın 100-ə yaxınını öldürüb. Onun yaxınlarından biri baş verən hadisəni internetdə paylaşıb.
Həmkəndlilər qadının göstərdiyi bu "igidliyə" rayonun icra hakimiyyətindən onun təltif olunmasını istəyib. Lakin yerli bioloqlar baş verənlərdən çox narazıdır. Onların fikrincə, 100-ə yaxın ilan öldürən yaşlı qadın ekologiyaya böyük ziyan vurub. Mütəxəssislər bildiriblər ki, qadın zərərsiz heyvanları öldürüb, belə ilanlar heç bir təhlükə yaratmır, əksinə, gəmiriciləri yeyərək fayda gətirirlər. Bu hadisədən sonra bioloqlar analoji hadisənin təkrarlanmaması üçün Kumtorkalinskiy rayonunun yerli əhalisi ilə görüşüb bu növ ilanların təhlükəsiz olduğunu izah ediblər. Səqibə İslamməhəmmədova isə qorxulu heç nə baş vermədiyini ilanların ona kartof əkməyə mane olduğunu deyib.
Aytən
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial26 Dekabr 17:10
Əli Əsədov daha bir qərar imzaladı