Bilgi.az
Tez-tez ölkə dəyişən şəhər – FOTOREPORTAJ
Alman-fransız arxitekturasının birləşdiyi, vaxtilə balıqçı, dərzi və bənnaların yaşadığı, bu gün məmurların velosiped, tramvay və avtobusla işə gəldiyi qədim və möhtəşəm Avropa şəhəri.
Söhbət Fransanın şimal-şərqində yerləşən və əhalisinin sayına görə 7-cin olan Strasburq şəhərindən gedir.
Publika.az Alzas əyalətinin və Aşağı Reyn departamentinin mərkəzində yerləşən bu şəhərdən reportajı təqdim edir.
Avropa Şurasının siyasi və mərkəzi orqanları, o cümlədən Avropa Şurası və Avropa Parlamentinin binaları da Strasburqdadır. Bu şəhər mənbəyini Alp dağlarından götürən Reyn çayı sahilində yerləşir və çayın qolları şəhəri iki hissəyə ayırır. Reyn çayının qollarının sahillərində tikilən orta əsr qədim tikliləri, həmçinin, daş körpülər və evlər turistləri Strasburqa gətirən əsas səbəblərdən biridir.
Üç əsrə tikilən kilsə...
Strasburq Almaniya ilə Fransa arasında əsrlər boyu davam edən müharibələr üzündən tez-tez ölkə dəyişdiyi üçün bu şəhərdə alman-fransız arxitekturasının vəhdəti aydın hiss olunur.
Təsadüfi deyil ki, bu gün bir çox insanlar Strasburqu "Alman mədəniyyəti və memarlığının təsirlərini daşıyan Fransız şəhəri" adlandırır.
"Notre-Dame Cathedral" qədim kiləsini və "Petite France" məhəlləsini özündə birləşdirən bu tarixi şəhər 1988-ci ildən bəri YUNESKO-nun Dünya İrs Siyahısında yer alır. Onu da qeyd edim ki, bu yerlər turistlərin ilk gəlmək istədiyi məkanlardır.
Strasburqun hər küçəsində bir-birindən fərqli arxetekturalı tiklilərə rast gəlmək olur. Bu şəhərdə təbiətlə tikililər insan əməyi nəticəsində ahəngdarlıq yaradır.
"Petite France" adlanan məhəllə Strasburqda ilk insan məskunlaşan ərazi sayılır. Buranın küçələrini gəzən zaman da insan özünü orta əsrlərdə hiss edə bilir.
Deyilənə görə, bu ərazi vaxtilə balıqçı, dərzi və bənnaları il məşhur olan Strasburqun ticarət mərkəzi imiş. Şəhərin ən qədim tikililərinin bir hissəsinin yerləşdiyi "Maison des Tanneurs" küçəsində 1572-ci il tarixində tikilən binaları görmək mümkündür. Bu tikililər orta əsrlərdəki kimi taxta və daşlardan hazırlanan evlərdir.
14-cü əsrdə hərbi və müdafiə məqsədləri üçün tikilən "dörd daş qüllə" qalaları və "Ponts Couverts" daş körpüsü, həmçinin şəhəri çay daşqınlarından qorumaq üçün inşa edilən "Vauban" anbarı bu gün Strasburqun ən görülməli yerlərinə çevrilib.
İnşasına 1176-ci ildə başlanan və tamamlanması 200 ildən çox davam edən, həmin dövr üçün çox fərqli arxitektura texnikasını bir araya gətirən "Notre-Dame Cathedral Strasbourg" kilsəsi şəhərin tən ortasından göylərə ucalır.
17-18-ci əsrlərdə inşa edilən və həmin dövrlərdə dünyanın ən hündür tikilisi olmuş bu kilsə qülləsinin hündürlüyü 144 metrdir. Bu qüllələrin üzərindən Almaniya və İsveçrə ərazilərini çox aydın şəkildə görmək olur.
Bu bölgənin mətbəxi zəngin olmasa da, Strasburqun ən məşhur yeməyi "Tarte flambee" pizzası sayılır. Bu yemək türklərin hazırladığı və içərisinə tərəvəz əlavə etdiyi lahmacuna çox bənzəyir. Strasburq sakinləri "Tarte flambee" pizzasını adətən Alzas əyalətinin məşhur ağ şərabı və ya regionun brendi sayılan "1664" adlı pivə ilə yeyirlər.
Velosiped sürən, avtobuslarda gəzən məmurlar...
Strasburq Fransanın rifah səviyyəsi ən yüksək, cinayət hadisələri isə ən az olan şəhərlərindən biridir. Strasburqun "Avropa məhəlləsi" adlanan ərazisində daha çox Avropa Şurasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa Parlamentinin məmurları yaşayırlar. Ancaq avropalı məmurlar ərəb şeyxləri kimi dəbdəbəli həyat tərzi, bahalı avtomobillər və sairədən istifadə etmirlər. Hətta, onlar üçün protokolda xidməti avtomobil, sürücü nəzərdə tutulsa da, onların əksəriyyəti bundan imtina ediblər. Əvəzində isə bu məmurları hamı kimi işə gedib-gələn zaman küçələrdə velosiped sürərkən, tramvaylarda, avtobuslarda və ya Avropa Şurasının binası qarşısında yerləşən "Botanika bağı"nda hər gün görmək olur. Həftə sonları Avropa Şurasının binası qarşısında yerləşən parkda öz itləri və ailə üzvləri ilə bir yerdə gəzən, qaçan səfir və ya diplomatları hər kəs görə bilər.
Ümumiyyətlə, narın yağışı bol olan Strasburqu hər dəfə gəzmək insanı qətiyyən yormur, əksinə, sağlamlığı və gümrahlığı təmin edir. Bu tarixi və təmiz şəhərdə olmaq əminəm ki, hər kəs üçün maraqlı olar.
Vasif Həsənli - Strasburq
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial26 Dekabr 17:10
Əli Əsədov daha bir qərar imzaladı