Arıqlamaq istəyirsinizsə, meyvəni belə yeyin!
Bizi izləyin

Bilgi.az

Arıqlamaq istəyirsinizsə, meyvəni belə yeyin!

Meyvələr şəkər və karbohidratla zəngin olduğu üçün bir çox dietoloq arıqlamaq istəyənlərə bu dadlı qidaları qadağan edir.

Ancaq yeni aparılan araşdırmalar gündə 2-3 ədəd meyvə yeməyin çəkini artırmadığını, əksinə, arıqlamağa kömək etdiyini göstərib.

Ancaq mütəxəssislər meyvə yeyərək arıqlamaq üçün aşağıdakı 4 qaydaya əməl etməyi məsləhət görürlər:

1. Meyvəni pendirlə ye!

Meyvələr lif, pendir isə zülal baxımından zəngindir. İkisi birlikdə qəbul edilsə, insanı uzun müddət tox saxlayar. Alma, qarpız və ya digər meyvələrlə birlikdə ağ pendir, hətta süzmə də yemək olar.

2. Meyvələri qarışdır

Yay aylarında ən çox sərinlədici içkilərə ehtiyacımız olur. Bu zaman qazlı içkilər əvəzinə, evdə hazırladığınız meyvə şirələrinə üstünlük verə bilərsiniz. Müxtəlif meyvələri qarışdırıb şirəsini çəkin və içərisinə biraz buz əlavə edərək "smoothie" əldə edin.

3. Meyvələri qril aparatında qızart!

Qarpız, şaftalı, ərik və bananı qril aparatında qızarda bilərsiniz.

4. Meyvəni dondurm ailə ye!

Ev şəraitində hazırlanan və ya hazıralınan dondurmanı çiyələk, moruq, banan və ya böyürtkənlə süfrəyə verəbilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm