Bilgi.az
Bahalı telefon almaq əvəzinə bunları edin - FOTOLAR
Ağıllı telefonlar artıq yalnız ünsiyyət vasitəsi deyil, onlar sözün əsl mənasında həyatımızın ayrılmaz hissəsidir. Müasir dövrdə gənclər, hətta yaşlı və orta yaşlı insanlar da telefon və internetsiz bir dəqiqə belə yaşaya bilməyəcəyini deyir. Bununla bağlı "Sizə 100 dollar versək, bir gün telefonsuz yaşayarsınızmı?" kimi müxtəlif lətiflər var.
Texnologiyanın sayəsində hər gün yeni telefon modelləri satışa çıxır. Bu gün satışda olan ən bahalı telefonun qiyməti təxminən 1500 manatdır. Bir çoxları bahalı telefonları almaq, müasir texnologiyanın funksiyalarından yararlamaq üçün bütün pulunu böyük məmnuniyyətlə ona xərcləyir. Bəziləri isə gecə-gündüz yuxusuna haram qatan telefona qovuşmaq üçün kredit girməkdən belə çəkinmir.
Publika.az oxucuları üçün 1500 manatlıq telefon almaq yerinə, o pula nələr etmək olar mövzusunda kiçik siyahı hazırlayıb.
1. Qarderobu yeniləyə bilərsiniz.
• 12 manatdan 100 qısaqol köynək
• 25 manatdan 50 köynək
• 50 manatdan 25 şalvar ala bilərsiniz.
2. Velosipedlə həm şəhərdə, həm də təbiətdə doyunca gəzə bilərsiniz. 1500 manata bir çox fərqli modeldə velosiped almaq mümkündür. 250 manatlıq modellə 5 nəfərlik ailənin bütün üzvlərini velosipedlə təmin etmək olar.
3. Xarici dil kursuna yazılıb, aylıq orta hesabla 125 manat ödəməklə 10 ay ərzində hər hansı xarici dil təhsili ala bilərsiniz.
4. Yoqa kursuna yazılıb hər ay 125 manat ödəməklə 10 ay ərzində onu mənimsəyə və daha sağlam ola bilərsiniz.
5. Pilates də yaxşı alternativ ola bilər. 1500 manata 10 ay pilateslə məşğul olmaq imkanınız var.
6. Çox köksünüzsə, 1500 manatla bu problemi həll etmək olar. Ayda təxminən 60 manat ödəməklə 1 il 5 ay idman salonuna gedib, ideal bədən quruluşuna qovuşa bilərsiniz.
7. Yay gəldi! İndi dənizin, günəşin, qumun dadını çıxarmağın vaxtıdır! 1500 manatla 2 nəfərlik biletlə Türkiyədə 5 ulduzlu oteldə 1 həftə dincələ bilərsiniz. Ya da başqa bir ölkədə.
8. Ev əşyalarının bir hissəsini dəyişdirmək... Niyə də olmasın? Özünüzə qəşəng, müasir və uyğun qiymətə yeni mebel dəsti ala bilərsiniz.
9. Kitabxana yaradın. Kitablar həm mənəvi dünyanızı, həm də evinizi zənginləşəcək! Bir kitabın qiyməti təxminən 7 manatdır. 1500 manata minlərlə kitab almaq olar.
10. Bir musiqi aləti alıb, onda ifa etməyi öyrənin. 1500 manata zövqünüzə uyğun olan hər hansı musiqi aləti tapa bilərsiniz. Qalan pula da musiqi kursuna yazılmaq olar.
11. Pullarınızı yığaraq bank hesabını artırmaq olar. Əlinizdə olan pulu dərhal xərcləmək məcburiyyətində deyilsiniz.
12. Macəra yaşamaq... Bu pula çadır və digər düşərgə əşyaları alıb təbiət qoynunda dincələmək olar.
13. Konsertə gedə bilərsiniz! Dünya şöhrtəli musiqiçinin konsertinə getmək olar.
Aytən
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ
-
İdman00:30
Ronaldonun saat brendi: modellərdən birində görün nə var - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gizli müsbət imkanlar ortaya çıxa bilər
-
Avto13 Oktyabr 23:36
Alverçilərə bəd, maşın almaq istəyənlərə ŞAD XƏBƏR - Artıq Azərbaycanda da mümkün oldu
-
Magazin113 Oktyabr 22:36
Günay yeni fotoları ilə diqqət çəkdi -
-
Magazin113 Oktyabr 21:36
Azərbaycanlı gəlin Vandamın vəfat edən anasından yazdı: "Nəvənizə yaxşı baxacam" - FOTOLAR
-
Sosial13 Oktyabr 21:12
Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ
-
İdman13 Oktyabr 20:24
28 yaşlı idmançı qəflətən VƏFAT ETDİ - FOTO