İt əti festivalı başladı – DƏHŞƏTLİ FOTOLAR
Bizi izləyin

Bilgi.az

İt əti festivalı başladı – DƏHŞƏTLİ FOTOLAR

Hər il Çinin cənubundakı Yulin şəhərində it əti festivalı keçirilir.

Publika.az xəbər verir ki, artıq bu ildə ənənəvi festival başlayıb. 10 gün davam edən festivalda 10 min it və pişik kəsilir.

Əldən edilən ətdən Çin yeməkləri bişirilir. Bu il ölkədəki heyvansevərlər festivalın keçirilməməsi üçün 11 milyon imza toplayıblar. Ancaq bu addım da festivalın qarşısını almağa təsir etməyib. Çünki Çində bu festivalın milli adət-ənənə olduğu düşünülür. Deyilənə görə, it əti insanı yay aylarında istidən qoruyur. Həm də bu festival ölkəyə çoxlu turist cəlb edir. Ona görə də, səlahiyyətlilər festivalı qadağan etmək barədə düşünmürlər.

Festival zamanı heyvanların döyülərək öldürüldüyü, hətta canlı halda qaynar suya atıldığı deyilir.

Qeyd edək ki, Çində it əti satmaq qanunidir. Hər il ölkədə 10 milyon it kəsilir. Çin və Cənubi Koreyada it əti yemək ənənəsinin 500 illik tarixi var.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm