Dünyanın ən gözəl aeroportu - Bakı, Azərbaycan FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən gözəl aeroportu - Bakı, Azərbaycan FOTOLAR

Rusiyanın məşhur "uduba.com" saytı Heydər Əliyev hava limanı haqqında məqalə dərc edib.

Publika.az xəbər verir ki, məqalədə Heydər Əliyev hava limanı Madrid-Bxaras hava limanından sonra dünyanın ikinci ən gözəl aeroportu adlandırılıb.

Məqalədə deyilir: "Mən yüz dəfədən çox böyük şəhərlərdən tutmuş, kiçik şəhərlərədək müxtəlif hava limanlarında olmuşam. Amma heç yerdən belə estetik zövq almamışam. Hətta deyərdim ki, Bakıya sırf hava limanına baxmaq üçün gəlməyə dəyər. Amma onu da qeyd etməliyəm ki, mən həm də bu gözəl şəhərə çox aşiqəm".

Yazının müəllifi Heydər Əliyev aeroportunu Dubay və ya Sinqapur ilə birbaşa müqayisə etməyin yeri olmadığını qeyd edib: "Bakıda tıxac yoxdur və o şəhərlər kimi böyük deyil. Ona görə də, burada fontanlar, kəpənəkli bağlar yoxdur, amma əvəzində elə gözəl atmosfer yaradılıb ki, reysi gözləmə müddəti rahat və çox komfortlu keçir, qarşılama isə inanılmaz dərəcədə heyranlıq doğurur.

Bakıdakı yeni terminal xaricdən müasir hava limanlarının əksəriyyətinin ruhunda görünür: həndəsi fiqurların qarışığı, futurizm və yüksək texnoloji materiallardan hazırlanmış beton, şüşə və metal. İçəridə isə "Autoban" türk memarlıq studiyası şərq qonaqpərvərliyini əks etdirən, taxtalardan hazırlanan evciklər vasitəsi ilə canlı və qeyri-adi interyer yaradıb. Yeni kompleks ildə 6 milyon sərnişinə xidmət göstərmək imkanına malikdir, onun ərazisi 65 min kvadratmetrdir. Aeroportun baza daşıyıcısı "AZAL" milli aviaşirkətidir.

Birinci mərtəbə uçan sərnişinlərə xidmət göstərir, həmçinin reyslərdən gələn baqajlar burada verilir. Kompleksin ikinci mərtəbəsində gələn sərnişinlər üçün nəzərdə tutulub. Tranzit sərnişin aviasiya təhlükəsizliyi nəzarəti, vizaların verilməsi, həmçinin istirahət guşələri bu mərtəbədə yerləşir.

Üçüncü mərtəbədə sərnişinlərin göndərilməsi üçün nəzərdə tutulub, burada gömrük və sərhəd nəzarəti həyata keçirilir. Bu mərtəbədə mağazalar və kafelər, eləcə də "Duty free" var.

Binanın dörd mərtəbəsində "barama" adlanan konstruksiyalar, kafe, bar, ticarət köşkləri, biznes zonaları quraşdırılıb, aeroportun yuxarı mərtəbəsində isə memarlar "Salam Lounges" adlanan taxta yarımkürə gizlədiblər.

Hava hərəkətini isə burada bax belə xoş təsir bağışlayan xanım idarə edir!

Bakıya xoş gəlmisiniz! Hələ burada olmamısınız? Onda mütləq gəlin! Bakı ilin istənilən fəslində həftəsonunu maraqlı keçirtmək üçün gözəl şəhərdir".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm