Bilgi.az
Uşaqlardan ürəkdağlayan YALVARIŞ: “Bizi...” - FOTOLAR
2014-ci il martın 10-də BMT-nin Uşaq fondunun (YUNİSEF) hesabatında Yer kürəsində uşaqlar üçün ən təhlükəli yerlərdən birinin Suriya olduğu açıqlanıb.
Publika.az xəbər verir ki, hesabatda təxminən 5,5 milyon suriyalı uşağın humanitar yardıma ehtiyacı olduğunu qeyd olunub. 3 il ərzində ölkədə 10 mindən artıq uşaq həlak olub. 5,5 milyon suriyalı uşaqlardan 4,3 milyonu Suriya ərazisində, qalan 1,2 milyonu isə qonşu ölkələrin qaçqın düşərgələrində yaşayır, 37,5 min uşaq isə qaçqın kimi doğulub. Daha 8 min uşaq böyüklərin müşayiəti olmadan müstəqil şəkildə Suriya sərhədinə qədər gəlib. 5 yaşdan aşağı olan 323 min uşaq isə blokadada olan rayonlarda yaşayır, buraya humanitar yardım göstərilə bilməz.
1. Rəssamlar və fəallar son vaxtlar inanılmaz dərəcədə populyar olan "Pokemon Go" oyununun köməyi ilə dünyanın diqqətini bu vəziyyətə cəlb etmək qərarına gəlib.
2. Bununla onlar insanların dünyada baş verən dəhşətli hadisələrdən çox, telefonda çıxan yeni oyunlarla maraqlandığını vurğulamağa çalışıb.
3. Halbuki Suriya əhalisinin böyük hissəsi, on minlərlə uşaq evlərini tərk etməyə məcburdur.
4. Suriyalı uşaqlar müharibənin günahsız qurbanlarıdır.
5. Onların çoxu ailəsini itirib, gələcəyə isə ümidləri yoxdur.
6. Saif Taxxan adlı fəal oyunun timsalında suriyalı uşaqların nəyə ehtiyacı olduğunu göstərib. Bu həkim və dərmandır!
7. Bu, kitab və müəllimdir!
8. Təhlükəsiz ölkə!
9. Onların da oyuncaqlarla oynamağa haqqı var!
10. Əlbəttə, başı üzərində damı və möhkəm divarları olan ev!
11. Aktivist və rəssamlar bu layihəyə əllərində pokemon fotoşəkilləri tutan uşaqların fotolarını da əlavə edib.
12. Onların bəzilərində "Mən buradayam, məni xilas edin" sözləri yazılıb.
13. İnanmaq istəyirik ki, nə vaxtsa bu kabus bitəcək, uşaqlar isə normal həyata qayıdacaq...
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO