Bağırsaqları çöldə doğulan körpəni görün nə xilas etdi? - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bağırsaqları çöldə doğulan körpəni görün nə xilas etdi? - FOTOLAR

İngiltərədə Cek Hearne adlı balaca körpə qarın divarı yarıq şəklində doğulub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, körpənin bağırsaqları və sidik kisəsi bədəninin üstündə dünyaya gəlib. "Daily Mail"-in xəbərinə görə, həkimlər körpəyə infeksiya düşməsini əngəlləmək üçün olduqca maraqlı bir üsula əl atıb və onu streçlə bürüyüb.

Hamiləliyinin 20-ci həftəsində belə bir problemi olduğunu öyrənən və nə edəcəyini bilməyən ana böyük stress keçirib. Ancaq doğumda həkimlərin təsirli üsulu sayəsində Cek infeksiyaya yoxulmayıb. Hazırda 4 aylıq olan körpənin vəziyyəti qənaətbəxşdir.

Qastroşizis nədir?

Qastroşizis bir növ qarın divarı xəstəliyidir və körpənin qarnının ana bətnində inkişaf etməməsindən irəli gəlir. Hamiləliyin ilk aylarında bağırsaqlar göbək bağında inkişaf edir. Həftələr sonra isə körpənin bətninə yerləşir. Qastroşizisdə isə qarın divarı tam əmələ gəlmir. Bu səbəblə bağırsaqlar qarında deyil, kənarda inkişaf etməyə davam edir. Doğumdan dərhal sonra uşağın vəziyyəti stabilləşəndə bağırsaqlar qarın içinə yerləşdirilir və qarın örtülür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm