Uşaqların yanında pulqabınız düşərsə...
Bizi izləyin

Bilgi.az

Uşaqların yanında pulqabınız düşərsə...

Uşaqlıqda bizim daha saf və həqiqətpərəst olduğumuz danılmaz bir faktdır. Bəzən hər hansı bir şeyi tapdıqda, "birinci kim gördüsə, onundur," adıyla dalaşdığımız, bəzi şeyləri böyük istəklə arzuladığımız zamanlar olsa da, adətən başqalarına aid olduğundan əmin olduğumuz şeyləri sahibinə qaytarmağı da bilirdik. Əgər bunu unutmusunuzsa, Yaponiyada keçirilmiş bu maraqlı təcrübə sizə həmin saflığı xatırladacaq.

Bu maraqlı təcrübə yapon uşaqların nə qədər nəzakətli və saf olduğunu sərgilədi.

Bu maraqlı təcrübə yapon uşaqların nə qədər nəzakətli və saf olduğunu sərgilədi.

Təcrübənin məqsədi bu suala cavab tapmaq idi: Uşaqların yanında pulqabınızı yerə salsanız, onlar nə edərlər? Pulqabını özlərinə götürərlər ya sahibinə qaytararlar? Təcrübə heç də pulqabı ilə əlaqədar deyil. Əsas məsələ başqalarına kömək etməklə bağlıdır. Uşaqlar digər insanlara kömək etmək hissinə nə qədər hakimdirlər?

Təcrübədə iştirak edən bütüb uşaqların verdiyi reaksiya bəşəriyyətin gələcəyi ilə bağlı daha ümidli olmağa bizə icazə verir. Onlardan hər biri pulqabısını yerə salan insana işarə edir, ona kömək etməyə çalışırlar. Heç bir uşaq pulqabını özü üçün götürmür.

Tərəddüd və doğru addım..

Tərəddüd və doğru addım..

Uşaqlardan hər biri pulqabının düşdüyünü gördükdə, çaşqınlıq və tərəddüd hissləri keçirirlər. Lakin, bu onları doğru addım atmaqdan çəkinmir. Qısa çaşqınlıqdan sonra, balacalar düzgün olanı edirlər.

Bu sevimli təcrübənin videsonu izləyin:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm