Bilgi.az
"İnsan ətinin dadını bəyəndim" - Dünyanın ən dəhşətli adamı
Hannibalizmlə məşğul olan 3 qəbilə - Yali, Vanuatı və Karafai qəbilələridir. Ən qəddar qəbilə Karafai qəbiləsidir. Onlar digər qəbilələrin adamlarını, azmış turistləri yeməklə yanaşı, həm də ölmüş qohumlarının cəsədlərini də yeyirlər.
Vanuatu qəbiləsi onlar arasında ən mülayim qəbilə hesab olunur. Şəkillərini çəkən fotoqrafa toxunmamaq üçün onlara bir neçə donuz vermək kifayətdir. Sumatra adasında isə ölüm hökmünə məhkum olmuş adamları və əldən düşmüş qocaları yeyirlər. Yali qəbiləsi ən böyük bayram kimi ölüm bayramını keçirir. Qadınlar və kişilər bədənlərini skelet şəklində bəzəyirlər. Bayramda ölənin çıxarılmış isti beynini qəbilənin başçısı yeyir. İndi əvvəlkinə nisbətən Yali qəbiləsində adamları çox da öldürmürlər. Bu yalnız zəruri səbəblərdən (məhsul qıtlığı və s. olduqda) baş verir. Ümumilikdə, hannibalizm qorxulu psixi xəstəlik kimi başa düşülür. Belə hal istintaq işlərində xüsusi qəddarlıqla törədilmiş qətl hadisəsi kimi tövsif olunur.
Mədəniyyət tarixinin bir çox səhifələri fetişizmlə əlaqədardır, lakin onlardan biri müasir insana olduqca amansız və qəbuledilməz şəkildə görünür. Söhbət hannibalizmdən (adam yeməkdən) gedir. Hannibalizm çox qədim tarixə malikdir. Əcdadlarımız olan neandertallar adamyeyənlər idi. Homosapiens 40 min əvvəl planetdə adamyeyən kimi peyda olub. Sonralar insan mədəniyyəti qəti imperativ ilə adam yeməyi qadağan edib. Sonra qan qarışdırmaya (yaxınlarla evlənmə) qadağa qoyulub. İkinci qadağa daha universal idi və insan cəmiyyətində ciddi şəkildə qorunmağa başlayıb. Bu tabu hannibalizmdən daha qədimdir. Tabunun qorunması təhlükədən xilas olunmağın yeganə vasitəsidir.
Keçmişdən günümüzə bir çox adamyeyənlər (hanniballar) görənləri dəhşətə gətirir... Aralarında internetə elan verən də var, həyatda qalmaq üçün ölən yoldaşını yeyən də...
Hannibalizm bütün dünyada, hətta Türkiyədə də yayılıb. Bu dəfə ki, Hannibal Özgür Dengiz adlı türk vətəndaşıdır. Yəqin ki, hər kəs bu adı tanıyır.
Dengiz Ankarada öldürdüyü adamın ətlərini ayırıb yeyəndə cəmi 17 yaşı var idi. 10 il azadlıqdan məhrum olsa da, əfvlə sərbəst buraxılıb. Çıxan kimi yenə də 2 adamı öldürüb. Birini yeyib, digərini isə yəqin ki, ehtiyat kimi saxlayıb. İlk baxışda insanın ağlına "Quzuların Səssizliyi" filmindəki Hannibal Lekter xarakteri gəlir. Dengizi tanıyanlar səssiz-səmirsiz biri olduğunu desə də, o, ilk istintaqı zamanı yenə də insan əti yeyəcəyini bildirib.
Ankarada baş verən hadisələrdə insanların canına qorxu salan Özgür Dengiz son qurbanı Cəfər Eri xüsusi bıçaq ilə kəsib və ətinin bir hissəsini yeyib.
İlk…
Özgürün ilk cinayət həvəsi 17 yaşında dostunu öldürməsi ilə birlikdə ortaya çıxıb. Aralarındakı kiçik mübahisə yaranıb və Dengiz dostunun başından vuraraq öldürüb. Yaşı az olduğu üçün 10 il müddətinə həbs olunub. Əfv olunması isə 1997-ci ildə baş verib.
Tez-tez xəstəxanaya gedib
Heç bir baltaya sap olmayan, hərbçi atası və dərzi anasının verdiyi pulu küçələrə səpələyən Dengiz ailəsinin təkidi ilə əsgərliyə gedib. Əsgərlik dövrü də problemlərlə keçən Dengiz psixoloji problemlərinə görə, tez-tez xəstəxanaya göndərilirdi. Əsgərliyi bitəndən sonra Ankaraya qayıdır və daha da özünə qapanır.
Əvvəlcə zibilyığana atəş açıb
Ümumiyyətlə, az adam olan yerlərdə gəzməyi sevən hannibal bir gün qarşısına çıxan zibilyığana küçədə sıxlıq yaratdığı üçün atəş açıb. Bir neçə saat sonra avtomobilinin içində içki içən təqaüdçü Cəfər Eri (55) görür. Heç tanımadığı Erin də başına iki əl atəş açır. Əvvəldən hazırlanmış bıçağı ilə Erin ətlərini sümüklərindən ayırır və qurbanını qara parçaya bükərək zibilliyə atır.
İtlərə verdi
Kəsdiyi ətin bir qismini zibilin ətrafında gəzişən itlərə verən Dengiz qalanını da çantasına qoyur. Elə bu vaxt ətin bir hissəsini də çiy-çiy yeyir və evə qayıdır. Ana və atasıyla danışmadan mətbəxə gedir. Ətin böyük bir hissəsini soyuducuya qoyur.
Qorxunc cinayət Erin cəsədini tapan polisin bacarığından sonra ortaya çıxıb. Dengizin telefonu hadisə yerində qalıb və ekspertlər nömrə vasitəsilə Özgürün şəxsiyyətini təyin edib.
Oğurluq və cinayət
Həyatı boyu heç bir iş görməyən, son vaxtlarda isə ana - atasıyla ünsiyyətini tamamilə kəsən Özgürün adı bir neçə oğurluq hadisəsinə da qarışıb. Bu hadisələrdən sonra Dengiz 10 ildə daha bir insanın qatili olur. Həm də insanın qanını donduracaq qədər vəhşicəsinə qətl...
Təqaüdçü atasının silahını oğurlayıb bir nəfəri öldürür. Öldürdüyü adamın iş yerindən iki kompüter oğurlayır və satmaq üçün qəzetə elan verir. Lakin aldadılan Dengiz digər kompüteri evində saxlayır.
"Öldürməyə davam edə bilərdim"
Polis bölməsində qəribə hərəkətləri ilə diqqət çəkən Dengiz istintaq zamanı belə deyib:
"Peşman deyiləm, vicdanım rahatdır. İnsan öldürməyə davam edə bilərdim. Həmişə yuxularımda qurbanın əslində özüm olduğumu görürdüm. Bəzən qoyunların qurban edildiyini də görürdüm. Bıçaqlarım var. Mən qurban olacağıma, başqalarını öldürməyə, qurban etməyə qərar verdim. İki cinayətim var. 30 il yatıb çıxaram. O vaxta qədər də, bir əfv qərarı çıxar yəqin".
Həmçinin, "İnsan ətinə qarşı zəifliyim var. Əvvəlcə ikrah hissim keçsin deyə bir parça yedim, itlərə də verdim. Amma sonra dadını bəyəndim. Həyatımın geri qalanı bu əti yeməklə keçirməyi planlaşdırdım. Öldürərək yeməyə davam edəcəkdim" deyib.
Qonşular inanmır
Dengizin qonşuları, "Özgürün evə girdiyini, çıxdığını görməzdik. Özü üçün yaşayan, sakit biri idi" deyib.
Əmisi oğlu, "Evlərinə gedəndə otağından çıxmırdı. Əmisi oğluyam, amma toyuma belə gəlməyib. Gənc yaşlarında çox şən biri idi. Həbsxanadan sonra dəyişdi" – deyə qeyd edib.
"Dadına baxdım"
Dengiz istintaq zamanı insan ətinin dadına cinayəti işlədiyi vaxt baxdığını, amma yeməyə fürsət tapa bilmədən tutulduğunu söyləyib. Daha əvvəl insan əti yemədiyini bildirib və bundan sonra həbsxanaya göndərilib. Dengizin valideynləri isə sərbəst buraxılıb.
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş