Axı insan necə belə uğur qazana bilər? - Elon Maskın SİRRİ
Bizi izləyin

Bilgi.az

Axı insan necə belə uğur qazana bilər? - Elon Maskın SİRRİ

Çoxları onu dahi, unikal insan hesab edir. Əbəs də deyil. Çünki o, məşhur internet ödəniş sistemi olan "PayPal"ın, ilk kütləvi elektromobil (elektrikli avtomobil) "Tesla"nın, dünya üzrə iki qeyri-dövlət kosmik stansiyaları –"SpaceX" və müstəmləkəçilik layihəsi "Mars"ın yaradıcısıdır.

Söhbət təbii ki, Elon Maskdan gedir. Bu həmin Maskdır ki, bəzi analitiklərin rəyinə görə, kimsə gələcəkdə dünyanı zəbt edərsə, bu, mütləq Elon Mask olacaq.

Elon Mask kimdir?

Elon Mask 1971-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub. Uşaqlıqdan proqlamlaşdırma bacarığına yiyələnib.12 yaşındaykən yaratdığı ilk kompüter oyununu- "Blast Star"ı 500 dollara satıb.

17 yaşına çatanda Elon anasının vətəni Kanadaya köçərək bu ölkənin vətəndaşlığını qəbul edib. Yazılanlara görə, bu qitəyə köçməsinin əsas səbəbi ABŞ-a yerləşmək olub. Kanada Kuins Universitetində təhsil alan Mask 1992-ci ildə arzusuna çatır. Belə ki, o, ABŞ-a yerləşir. Pensilvaniya universitetində təhsilə başlayaraq, əvvəlcə iqtisadiyyat, sonra fizika üzrə iki diploma sahiblənir.

Bu mərhələdən sonra onun aktiv sahibkar və yaradıcılıq fəaliyyəti başlayır. Mask 1995-ci ildə qardaşı ilə birgə "Zip2" adlı ilk şirkətini qurur. Şirkət qəzet və jurnallar üçün hostinq xidməti təqdim edirdi. 1999-cu ildə elektron ödənişlərlə məşğul olan "X.com" şirkətini yaradır. Daha sonra "X.com Confinity" şirkətini əldə edir. Bu şirkətlərin birləşməsi nəticəsində "Paypal" şirkəti yaranır. "Paypal" onlayn ödəniş sistemi "e-Bay"da əsas ödəmə vasitəsi kimi istifadə olunması sayəsində məşhurlaşır. 2002-ci ildə "Paypal" "e-Bay" tərəfindən 1.5 milyard dollara satın alınır və buradan 165 milyon dollar Maska çatır.

Elə həmin ilin iyununda Mask özünün üçüncü şirkətinin – "SpaceX"-in (Space Exploration Technologies) əsasını qoyur. Şirkət raket-daşıyıcılar seriyasının şəxsi istehsalçısı və kosmik sistemlərin ticarət operatoru kimi fəaliyyət göstərir. "SpaceX" "Falcon" seriyası raket daşıyıcısının iki modelini hazırlayır və kosmosa buraxır.

Mask 2003-cü ildə Martin Eberhard, Mark Tarpenninq, Cey-Bi Straubel, İan Rayt ilə birlikdə yeni şirkət ərsəyə gətirir. "Tesla Motors" adlandırılan həmin şirkətin ilk məhsulu "Tesla Roadster" idman elektrik avtomobili olur. Rəsmi nümayiş 19 iyul 2006-cı ildə Kaliforniyanın Santa-Monika şəhərində keçirilir.

Müxtəlif illərdə şirkət "Tesla Model S", "Tesla Model X", "Model 3" məhsullarını təqdim edir.

2006-cı ildə isə o, xalası uşaqları Lindon və Piter Rayv ilə birgə "SolarCity" şirkətinin əsasını qoyur. Hansı ki, bu şirkət Birləşmiş Ştatlarda günəş energetika sistemlərinin ikinci ən böyük təchizatçısıdır.

Hər zaman uğurlu olmur

Elon Maskın uğurunun səbəbi odur ki, kiçik şansı belə olan layihələri reallaşdırır. O, indiyə qədər həyata keçirdiyi bütün layihələrə investisiyanı şəxsi büdcəsindən yatırıb. Özünün dediyinə görə, başladığı hər yeni layihə heç də ilk gündən ona uğur gətirməyib. Məsələn, "SpaceX" ilə bağlı ilk cəhdləri uğursuzluqla sonunclanıb. Artıq elə vəziyyət yaranır ki, Maskın şirkətinin pulu bitir. O, borc içində üzməyə başlayır. Lakin üç uğursuz təşəbbüsdən sonra o, dördüncü cəhdini edir və şirkət orbitə peyk göndərməyə nail olur. NASA "SpaceX" ilə milyard dollarlıq müqavilə imzalayır.

Arzulamağı bacarmaq lazımdır

Elon Mask 15 ildir ki, həftədə 100 saat işləyir. O, ideyalarına görə çox zaman Stiv Cobs ilə müqayisə edilir. Daima yeni texnologiyaların inkişafını müşahidə edir və öz layihələrinə ən yeni texnologiyaları tətbiq edir: "Uşaq vaxtı arzu edirdim ki, varlı olum və Avropanın bütün şəhərlərinə səfər edim. Lakin Barselonanın mərkəzində ola-ola anın xüsusiliyini hiss etmirdim. Hər şey ardıcıl, məntiqli şəkildə baş verdi. Kiçik kənddən başlayan yolum bir çox hallarda gözlənilməz olaraq paytaxta qədər davam etdi. Bütün bunlar isə ona görə baş verdi ki, mən arzulamaqdan qorxmurdum. Məktəbi uğurlu qiymətlərlə bitirmək, imtahanlardan yaxşı nəticə əldə etmək mənə universitetə daxil olmaq imkanı verdi.

Uşaq vaxtı etdiyim arzular yox oldu. Dünya səyahəti haqqında artıq düşünmürdüm və bunun əvəzində rezümemi doldurur, yüksək gəlirli gələcək iş yeri axtarırdım. "Düzgün" yola ayaq basaraq öz qaydalarımla bir sistem yaratdım. Başa düşürdüm ki, lazımi istiqamətdə getmirəm və orada olmağı qətiyyən istəmirəm.

Böyüdükdə sanki bizə deyirlər: "Bəsdir arzuladın və real həyatla yaşa". Lakin məsələ ondadır ki, reallıq – bizi əhatə edən deyil. Reallığı biz özümüz üçün yaradırıq. Düşüncə, davranış və ideyalar dünyanı qavramağımıza təsir edir. Dünya biz düşündüyümüzdən daha dolğundur. Onda bizə lazım olan hər şey var. Etməli olduğumuz yeganə şey onları götürməkdir.

Hər şey proqramçı işini tapmaq arzusu ilə başladı. 18 yaşım var idi. Bu zaman anladım ki, sabahın uğuru – bu günkü zəhmətin nəticəsidir və 3 yay ayını bacarıqlarımın inkişaf etdirilməsi üçün sərf etdim və artıq qışda məqsədimə nail oldum. Mən çox ağıllı deyildim. Sadəcə istədim və nail oldum.

Hər səhər bizə dünən olduğumuzdan daha yaxşı olmaq şansı verilir və onu əldən vermək ağılsızlıqdır. Arzulamağı bacarmaq lazımdır. Lakin arzulayarkən real həyatda yaşamağı unutmayın. Axı arzular məqsəd deyil, sadəcə köklənməli olduğumuz məsələlərdir. Əgər hər şey plan üzrə getsəydi, həyat dözülməz dərəcədə çox sıxıcı olardı. Bilin ki, həyatınız sizə çətin olduğu anlarda təyin edilir. Həyat arzunuz üçün nələr etməyə qadir olduğunuzu yoxlamaq üçün qarşınıza çətinliklər çıxarır. O, sizə istədiyiniz hər şeyi verməyə hazırdır. Bəs siz onu götürməyə hazırsınızmı? Əgər hə, o zaman gedin və götürün".

Alkoqolu sevmir

Maskın həyatında enerji aldığı iki istiqamət var - kofein və Marsda yaşayış yaratmaq. İşçilərin sözlərinə görə, o özünü bəzən o qədər işə verir ki, ətrafa reaksiyası belə olmur. Hətta bir müddət əvvəl Mask sağlamlığından narahat olmağa başlayıb. Gündə 6 süşə dietik "cola", bir neçə fincan kofe içirmiş.

Özünün açıqlamasına görə, kollecdə təhsil aldığı illərdə, ümumiyyətlə, içmirmiş. Səbəb də alkoqolun təamının ona xoş gəlməməsi imiş.

Hansı kitabları oxuyur?

İş adamı müsahibələrində daim tanınmış şəxslərin bioqrafiyasına aid kitabları oxumağı sevdiyini bəyan edib. Bu sıraya Bena Fraklin, Uinston Çörçil, Henri Ford daxildir. Elon Mask, eyni zamanda Deyla Karneqinin kitablarını sevir.

Həyatdakı uğursuzluqları

Elon Mask o insanlardandır ki, nə xoşuna gəlir onu edir. Bunu pul xatirinə etmir. Yuxarıda qeyd etdiyimiz kimi, Mask bu günlərə asanlıqla gəlib çıxmayıb. Dəfələrlə büdrəyib, sadəcə ayağa qalxıb və yoluna davam edib. Fəaliyyəti dövründə onun üzləşdiyi böyük uğursuzluqlar aşağıdakılardır:

Az qala "PayPal"ı müflis edirmiş, "PayPal"ın və "Tesla"nın baş direktoru vəzifələrindən azad olunur, 2008-ci ildə "Tesla" və "SpaceX" şirkətləri çökürmüş və 2010-cu ildə müflisləşib.

Qəribə vərdişləri

Elon Mask övladları ilə elektron poçt vasitəsilə ünsiyyət qurur. İşçilərinin sözlərinə görə, o, həddən artıq tələbkardır. Əgər gün ərzində 12 saat işləyirsə, digərlərindən də bunu tələb edir.

Uğurla bağlı məsləhətlər

Maks deyir ki, işləmək lazım olanda işləmək lazımdır: "O insanlarla işləyin ki, onlar işlərini sevirlər. Məhsulunuzun inkişafı üçün pul xərcləyin.Trendlərə əməl etməyi buraxın. Nə qədər cavansınız bir o qədər risk etməyə qadirsiniz".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm