Bilgi.az
Bu kitabları mütləq əldə edin - SİYAHI
Mükəmməl bir kitabxananız olsun istəyirsinizsə, mütləq bu kitabları əldə etməlisiz.
Publika.az olaraq kitab siyahılarında yeni bir silsiləyə başlayırıq: Əla bir kitabxananın təməli olacaq 100 kitab təklif edirik. Beləliklə, ilk 10 kitabla tanış olaq.
1. "Hərb və sülh", (1869) Lev Nikolayeviç Tolstoy
Napolyonun 1812-ci ildə Rusiyanı işğalını və bu döyüşün, son dərəcə həqiqi səhnələrlə, ətraflı və dərin analizlərlə əks etdirən bir əsər. Avropadakı monarxiyanı bir-birinin ardınca məğlubiyyətə uğradaraq irəliləyən Napolyon orduları Moskvaya doğru irəliləməkdədir.
Rus aristokratları, bu ürküdücü döyüş maşını qarşısında bir tərəfdən müharibəyə hazırlanmaqda, bir tərəfdən də fərdi dərdləri boğuşmaqdadır. Rusiyanın XIX əsrin ilk yarısında panoramik bir fotoşəkilini çəkən "Hərb və sülh", zadəgan sinifinə dair yaxın müşahidələrlə yanaşı, kənd və qəsəbələrdə yaşanan ferma həyatını da ustalıqla əks etdirir.
Dünya ədəbiyyatının ən müvəffəqiyyətli əsərlərindən sayılan bu böyük roman, döyüşlərin gətirdiyi xaosu, məntiqsizliyi, böyük qələbələr vəd edənlərin söz və əməllərindəki əbəsliyini gözlər önünə sərir.
2. "Cinayət və Cəza" (1867) Fyodor Mixayloviç Dostoyevski
Dostoyevskinin yazı həyatının yetkinlik dövründə qələmə aldığı "Cinayət və Cəza" Raskolnikov adlı gəncin əxlaqi hesablaşması üzərində yüksəlir: Raskolnikov öldürməyi planlaşdırdığı sələmçidən aldığı pulu xeyirli bir məqsəd üçün istifadə etsə, işlədiyi cinayətin təbiətini qalıcı şəkildə dəyişdirə bilərmi?
Oğurluq və qətl kimi cinayətlər, "uca məqsəd" lərlə işlənməsi halında cəzasız qala bilər və vicdan yükündən xilas ola bilərmi?
Dostoyevskinin ən çox oxunan romanı olan "Cinayət və Cəza" nümayiş olunduğu gündən bu yana insan ideallarını əxlaqi və fəlsəfi suallarla sınamağa davam edir.
3. "Qaranlığın Ürəyi", (1899) Cozef Konrad
Vəzifəli olduğu şirkətin Belçika Konqosundakı şöbələrinə səfər edən Marlov, qaranlığın çökdüyü bu coğrafiyada gözləmədiyi dəhşətlərlə qarşılaşır. Marlov, Kurtza doğru irəliləyərkən, mədəniyyətə və özünə olan güvəninin parçalandığını da fərq edir.
Cozef Konrad'ın "Qaranlığın Ürəyi" adlı əsəri "mədəniyyət" anlayışının önəmini gözlər önünə sərir.
Cozef Konrad'ın XIX əsrin son illərində yazdığı "Qaranlığın Ürəyi", tarixin ən qanlı əsrlərindən birinə damğasını vuran döyüşlər, inkişaf edən texnologiyanın açdığı uçurumlar, müasirliyin alt-üst etdiyi cəmiyyətlər kimi mövzulara giriş xüsusiyyətini daşıyır.
4. "Məhkəmə" (1925) - Franz Kafka
Bir səhər qəflətən həbs olunduğunu; amma normal həyatına davam edə biləcəyini öyrənən Cozef K., nə ilə günahlandırıldığı bildirilmədiyi üçün əvvəl bunu bir zarafat sansa da, qısa müddətdə vəziyyətin ciddiliyini dərk edir. Ancaq nə məhkəməyə çıxarılır, nə də prokurorlarla görüşə bilir. İşlədiyi bankda, qaldığı pansionda, getdiyi yerlərdə hər kəs, anlaşılmaz bir şəkildə bu iddiadan xəbərdardır. Qədərin bir cür oyunuyla süründürülür , müdafiə gücü yoxdur və bir heçdir o.
Əslində ortada gerçək bir iddia da yoxdur. Kafkanın burada izah etmək istədiyi Kişi K. onsuz da həyat, ya da dünya tərəfindən həbs olunmuş; lakin bunun şüuruna heç bir zaman çata bilməmiş olmasıdır.
Bütün müasir ədəbiyyatın ən böyük adlarından biri olaraq qəbul edilən, əsərlərini almanca qələmə alan Çex yazar Franz Kafkanın "Kafkaesk" olaraq tanınan, özünə xas tərzinin ən qabacıl nümunələrindən olan "Məhkəmə", bir distopya olaraq da oxuna bilər. Kafkanın şəxsi kabusları ilə, kabusa çevrilən bir bürokratiyanın birləşməsindən ibarət olan bir distopya ...
5. "Yeraltından Qeydlər" (1864) Fyodor Mixayloviç Dostoyevski
Ədəbiyyat tarixinin ən məşhur adsızlarından olan yeraltı adamı, insanların üşüyən qarışqalara çevrildiyi Sankt- Peterburqun boz pilləkənlərində , həyata istəyini yavaş, ancaq əmin addımlarla, mütləq bir qisas istəyi ilə dəyiş-düyüş edir.
Yeraltı Adamının bir dövlət məmuru olaraq keçirdiyi monoton günlər, yanında heç cür rahat ola bilmədiyi yoldaşları və həyatdakı mütləq təkliyi, cansıxıcı bir hirs və kiçik, qeyri-mümkün bazarlıqla getdikcə daha çox ləkələnir, ta ki özünü bir arada tutan görünməz iplər yavaşca çözülməyə başlayana qədər.
"Yeraltından Qeydlər" nümayiş olunduğu 1864-ci ildən bəri hirs və səssizliyin ən güclü manifestlərindən biri olub.
6. "Qəzəb Üzümleri", (1939) Con Steynbek
Con Steynbekin müzakirəsiz ən böyük əsəri olan və ona Pulitzer mükafatını qazandıran "Qəzəb Üzümleri", 1939-cu ildə ilk dəfə nəşr olunduqda böyük müzakirələrə səbəb olub. Bütün dünyaya təsir edən "Böyük Depressiya" dövründə, əkinçiliyin kapitalistləşməsi və böhranlar səbəbiylə kasıblaşan kütlələrin ayağa qalma mübarizəsinin izah edildiyi bu romanda Steynbek, aclıq, səfalət və zorakılıq üzündən evlərini tərk edib yollara düşmək məcburiyyətində qalan minlərlə işçi ailəsindən birinə köklənir.
Boşa çıxan ümidlərin, hüznə çevrilən sevinclərin arasında insanlığın müqavimətini və qürurunu təəccüblü bir dillə izah edən, kapitalizmi sonuna qədər tənqid edən "Qəzəb Üzümleri", 20-ci əsrin ən əhəmiyyətli əsərlərindən biri olaraq görülür.
7. "Ölü Canlar", (1842) Nikolay Qoqol
Qoqol, pərəstişkarı olduğu Puşkinin təklifiylə yazdığı "Ölü Canlar" dövrün Rusiyasını kitabın qəhrəmanı Çiçikov üzərindən izah edir. Zəngin olma xəyalı ilə yanıb alovlanan Çiçikov özünə hiyləgərcə bir yol tapır: qəsəbə-qəsəbə gəzib torpaq sahiblərinin ölü nökərlərini kağız üzərində satın alaraq "etibar sahibi bir bəy" olmaq ...
Qoqolun "İlahi Komediya"dan ilhamlanaraq üç cild olaraq hazırladığı əsəri, ilk cilddən sonra senzura komitəsindən güclü tənqidlər alır. 10 il sonra ikinci cildi tamamladığında Qoqol, keçirdiyi mənəvi böhranla əsərin əl yazmalarını yandırır.
İlk hazırlanan halına uyğun şəkildə tamamlananan "Ölü Canlar" mətnin alt başlığı kimi sanki epik bir şeirdir və XIX əsr Rus ədəbiyyatının ən müvəffəqiyyətli nümunələrindəndir.
8. "Kamelyalı Qadın", (1848) Aleksandr Duma
"Kamelyalı Qadın" Aleksandrs Duma Filsin gəncliyində yaşadığı gerçək, çox toxunaqlı və ürək üzən hekayəsidir.
9. "Biz" (1924) Yevgeni İvanoviç Zamyatin
Yazarın ən məşhur əsəri və tək roman işidir. 1920-ci ildə qələmə alınan əsər müəllifin ölkəsində, yalnız 1988-ci ildə nəşr edilib.
Romanın qurğusu, sosialist bir inqilabın ardından 26-cı əsrdə keçir və özünə nümunə alan digər romanlar kimi əsərdə də despotik bir atmosfer mövcuddur. Romanda insan təbiətdən və öz mənliyindən qoparılmış, "biz" halına gətirilərək cəmiyyətin sıravi bir parçası halını almışdır.
10. "Zorba", (1946) Nikos Kazankakis
"Zorba", Nikos Kazankakis'in ölümsüz əsəridir. 1930-cu illərdə keçən roman, adı kitabda heç göstərilməyən yunan əslli gənc bir ingilis yazarın ağzından izah edilər. Həyatdan çox da bir gözləməsi olmayan bu bədbəxt intellektual, bir müddət özünü dinləmək və həyatına nizam vermək üzrə kitablarını bir kənara qoyaraq Yunanıstanın Girit adasına gəlir.
Burada özünə aid linyit kömürü mədənləri ilə də maraqlanır. Yazar burada həddindən artıq davranışları olan, kobud, amma həyata şəhvətlə bağlı orta yaşlı bir yunan olan Alexis Zorba ilə tanış olur və onu işə alır.
Zamanla həyatı ehtirasla yaşayan Zorbanın fəlsəfəsi, yazıçıya dərindən təsir edir.
-
Magazin201:23
Tanınmış meyxanaçı vəfat etdi
-
Qoroskop00:10
Günün qoroskopu: romantik anlar yaşanacaq
-
Ekopublika.az2 Dekabr 22:02
Emin Ağalarova vəzifə verildi - FOTOLAR
-
İKT2 Dekabr 21:11
“WhatsApp”da yeni funksiya
-
Magazin12 Dekabr 20:20
Xalq artisti 55 minlik məhkəməni uduzdu
-
Magazin22 Dekabr 19:30
Elton Con görmə qabiliyyətini itirdi
-
Kriminal2 Dekabr 19:00
Havvaxanımın məhkəməsi başlayır: 100-dən çox zərərçəkən var
-
Nəqliyyat2 Dekabr 18:50
Bakıda COP29 zolaqlarının qüvvədən düşdüyü yollar - SİYAHI