Bilgi.az
SSRİ ideyası nə vaxt öləcək? - 25-30 il sonra... - TƏDQİQAT
2016-cı ilin dekabrında SSRİ-nin dağılmasının 25 ili tamam olacaq. Rusiya və Mərkəzi Asiya respublikalarının sosioloqları MDB sakinlərinə "Siz Sovet İttifaqına qayıtmaq istəyərdiniz?" sualı ilə müraciət ediblər.
Publika.az "365info.kz" saytına istinadən tədqiqatın nəticələrini təqdim edir.
Qazaxıstan və Qırğızıstan
Ümumi daxili məhsulun ölçüsünə görə, Qazaxıstan sovet dövründə ilk üçlüyə daxil idi. Bəlkə də buna görə, qazaxstanlıların keçmiş nəslinin əksəriyyəti SSRİ-nin qaytarılmasını istəyir. Yaşı 35-dən çox olanların 61 faizi SSRİ-ni istəyir, 27 faizi isə qarşıdır.
Qazaxıstan gənclərinin isə əksəriyyəti (56 faiz) SSRİ-yə qarşı çıxır.
Qırğızıstanda da oxşar vəziyyətdir. Orada gənclərin 37 faizi SSRİ-ni dəstəkləyir, 48 faizi isə qarşıdır. Yaşlı insanların 60 faizi isə keçmiş dövrə qayıtmaq istəyir.
Özbəkistan
Buna Özbəkistan sakinlərin böyük əksəriyyəti inanır. Yaşı 18-dən 24-yə qədər olan vətəndaşların 89, yaşı 35-dən 64-ə qədər olan vətəndaşların isə 91 faizi hesab edir ki, İslam Kərimov Özbəkistan prezidenti olduqdan sonra, insanlara yaşamaq daha rahat olub.
Tacikistan, Ukrayna, Moldova
Tacikistanda yaşı 18-dən 24-ə qədər olan insanların 84 faizi SSRİ-yə qarşıdır. Bu göstərici yaşı 35-dən 64-ə qədər olanlarda 55 faizdir.
Moldova respublikası tək postsovet ölkədir ki, gənclərin çoxu SSRİ-ni istəyir. Gənclərin 69 faizi Sovet İttifaqının vaxtlarının qaytarılmasını arzu edir. Yaşlı nəsildə bu göstərici 60 faizdir.
Ukraynada böyük yaş qrupunun 60 faizi SSRİ üçün səs verir.
Rusiya və Belarus
Rusiya və Belarus oxşar nəticələr qeydə alınıb. Rusiyada böyük yaş qrupunun 64 faizi SSRİ-ni dəstəkləyir, 28 faizi isə qarşı çıxır. Gənclərlə bağlı vəziyyət isə tamamilə əksinədir. Onların 63 faizi SSRİ-yə qarşıdır. Belarusda gənclərin 57, böyüklərin isə 28 faizi SSRİ-yə qarşıdır. Belarusda böyük yaş qrupunun 53 faizi SSRİ-ni istəyir.
Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycanda gənclərin 14 faizi SSRİ-ni dəstəkləyir, 68 faizi isə qarşıdır. Böyüklərin 69 faizi SSRİ-nin həsrətini çəkir, 29 faizi isə sovet dövrünü istəmir. Ermənistanda gənclərin 47 faizi SSRİ-yə "hə", 48 faizi "yox" deyir. Böyüklərin 71 faizi SSRİ-ni dəstəkləyir, 23 faizi qarşıdır.
Gürcüstanda gürcülərin böyük nəsli tərəddüd edir: 51 faizi SSRİ üçün "hə", 46 faizi "yox" deyir. Halbuki, gənclər çoxdan müstəqillik yolunu seçiblər: onların yalnız 20 faizi SSRİ-ni dəstəkləyir, 79 faizi isə gələcəyə baxır.
Nəticədə aydındır ki, "sovet ideyası ölür". SSRİ-də cavan insanların əksəriyyəti qayıdışa qarşı çıxır. Belə hesab etmək olar ki, postsovet məkanının sülh və sabit inkişafı halında 25-30 il sonra SSRİ tərəfdarlarının sayı faktiki olaraq yox olacaq.
Ömər Dağlı
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO