Dünyanın ən kök uşağı – 10 YAŞ, 230 KQ - FOTO
Bizi izləyin

Bilgi.az

Dünyanın ən kök uşağı – 10 YAŞ, 230 KQ - FOTO

İndoneziyalı Ariya Perman dünyanın ən kök uşağı hesab edilir. Həmişə aclıq hiss edən Perman gündə 5 dəfə düyü, balıq, mal əti və sup yeməkləri yeyir. 230 kq çəkisi olan 10 yaşlı uşaq nə otura, də gəzə bilirdi.

Publika.az xəbər verir ki, 5 kq "arıqlayan" indoneziyalı uşaq indi özü yeriyə bilir və məktəbə getməyə hazırlaşır: "İndi özümü yaxşı hiss edirəm, yüngülləşmişəm. Daha aclıq da hiss etmirəm".

Xatırladaq ki, iyunun sonlarında valideynləri Ariyanı pəhrizə "otuzdurmuşdu". Bundan başqa, ona hər bir saatda 6 dəqiqə gəzmək tapşırığı verilmişdi. Permanın 2 aya 5 kq arıqlaması valideynlərini ümidləndirib. Onlar övladlarının bu pəhriz kursuyla yaxın gələcəkdə normal çəkiyə qayıdacağına ümid edir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm