Bilgi.az
Kişilər üçün cənnətdə hurilər olacaqsa, bəs qadınlar üçün kimlər olacaq?
Cənnətdə heç bir kin, qəzəb və digər pis hisslər olmayacaq, yalnız xoşbəxtlik və sevinc olacaq. Uca Allah buyurur:
"Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: "Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər". Onlara belə xitab ediləcəkdir: "Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!" (əl-Əraf, 43)
Zikr.az-a bildirir ki, cənnətdə həmçinin insanın istədiyi bütün nemətlər dünyadakından daha üstün formada, həmçinin ağlına gəlməyən nemətlər də olacaq. "Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır" (Yasin, 57) . "Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir" (əs-Səcdə, 16-17)
Cənnətdə evlilik də olacaq. Dünyada ikən evlənə bilmədən vəfat edən mömin kişi və qadınlar, Cənnətdə evləndiriləcək və orada evlənməmiş kimsə qalmayacaq. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Cənnətdə heç bir subay kimsə yoxdur" və ya "Cənnətdə subaylıq yoxdur". (Muslim, 4382).
Hurilər isə Allahın kişilər üçün yaratdığı Cənnət qadınlarıdır, amma dünya qadınları gözəllikdə onları da ötüb keçəcəklər. Daha ətraflı: Cənnətdəki hurilər nə üçündür?
Həmçinin bilmək lazımdır ki, Uca Allah hər bir quluna qarşı
ədalətlidir, buna qətiyyən şübhə etmək olmaz.
"Sənin Rəbbin qullara zülm edən deyil" (Fussilət, 46)
"Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim
ola bilər?" (əl-Maidə, 50)
"Məgər Allah hakimlərin ən üstünü deyilmi?" (ət-Tin, 8)
Ona görə də Allahın və Onun rəsulunun hökmlərini eşitdikdə itaət
etmək lazımdır. Uca Allah buyurur: "Aralarında hökm vermək üçün
Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü
ancaq: "Eşidirik və itaət edirik!"- demələridir. Nicat tapanlar da
məhz onlardır." (ən-Nur, 51)
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial26 Dekabr 17:10
Əli Əsədov daha bir qərar imzaladı