30 AVQUST
Bizi izləyin

Bilgi.az

30 AVQUST

1991-ci il. Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpası haqqında Deklarasiya qəbul edilib. Eyni vaxtda "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Soveti qərar çıxarıb. 1991-ci il oktyabrın 18-də Ali Sovet bu qərarın icrası məqsədilə 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi müstəqillik haqqında Deklarasiyaya əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Deklarasiyasını rəhbər tutaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını və müstəqil ölkəmizin dövlət, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edib.

1930-cu il. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı ilə respublikanın ərazisi yeni ərazi-inzibati vahidlərə - rayonlara bölünüb. Qərara əsasən, Azərbaycan SSR ərazisində 63 rayon yaradılıb. Əvvəllər respublikada dairə və qəzalar fəaliyyət göstərib.

1871-ci il. Britaniya fiziki, nüvə fizikasının "atası" kimi tanınan Ernest Rezerfordun doğum günü (1871-1937) E.Rezerford 1908-ci ildə "radioaktiv maddələr kimyasında elementlərin parçalanması sahəsində aparılan tədqiqatlara görə" Nobel mükafatına layiq görülüb. Görkəmli alim 1911-ci ildə özünün məşhur α-zərrəciklərinin yayılması təcrübəsi ilə atomun daxilində müsbət yüklü zərrəciklə yüklənmiş nüvənin və onun ətrafında mənfi yüklü elektronların mövcudluğunu sübut edib. Təcrübə nəticəsində atomun planetar modeli yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm