Bilgi.az
İnsanların bədənləri parça-parça oldu - DƏHŞƏTLİ EKSPERİMENT
1940-cı illərin sonlarında rusiyalı araşdırmaçılar 5 adamı 15 gün ərzində qıcıqlandırıcı qazlarla ayıq saxlayırdılar. Bu qorxunc təcrübənin detallarını oxuduqca yaşananlara inanmaqda çətinlik çəkəcəksiniz. Bəs bunlar gerçəkdirmi, yoxsa sadəcə bir şəhərin əfsanəsi?
Təcrübədə iştirak edənlər II Dünya Müharibəsində düşmən kimi qəbul edilən siyasi məhbuslar idi. Onlar oksigen səviyyəsinin diqqətlə nəzarətdə saxlanıldığı otaqlarda qalırdılar. Kamera sistemləri bağlanılmışdı. Onları izləmək üçün yalnız mikrofonlar və 5 düymlük kamera pəncərəsinə bənzəyən müşahidə şüşələrindən istifadə olunurdu. Otaq kitablarla, yerdən salınmış yataqlarla, su ilə, həmçinin 5 adama 1 ay çatacaq qədər yeməklə dolu idi.
Həmin təcrübənin qorxunc detallarını günbəgün oxuya bilərsiniz...
Təcrübədə iştirak edənlərlə kiçik müqavilə imzalanmışdı. Onlar 30 gün ərzində yatmadan testə dözə biləcəkdilərsə, azad olunacaqlardı. İlk 5 gün hər şey yaxşı idi. 5 gündən sonra şərtlər haqqında şikayətlər və onları idarə edənlərin harada olduğunu axtarmağa qərar verdilər. Bir-biri ilə danışmamağa və mikrofonlarla təktərəfli şüşələrə pıçıldamağa başladılar.
9-cu gün: qışqırıqlar başlayır
9 gündən sonra ilk qışqırıq səsi eşidildi. 3 saat ərzində onlardan biri otağın içində qaçaraq qışqırırdı. O, qışqırsa da, çox vaxt çıxardığı səs sadəcə, küydən ibarət olurdu. Araşdırmaçılar onun səs tellərinin artıq parçalandığını irəli sürdülər. Daha maraqlısı isə digər "siçanlar"ın buna necə reaksiya verməsi idi. İkinci iştirakçı da qışqırmağa başladı. Yerdə qalanlar isə mikrofonlara pıçıldamağa davam edirdi. Qışqırmayanlar kitabları parça-parça edirdi, səhifələri tək-tək üzlərinə sürtüb, sakitcə müşahidə şüşələrinə yapışdırırdı və həmin an qışqırıqlar dərhal kəsildi.
Daha 3 gün keçdi. İçəridəki 5 iştirakçının səsi kəsiləndə araşdırmaçılar mikrofonların işləyib-işləmədiyini yoxlamağa başladı. Mikrofonlarda problem yox idi. Otaqdakı oksigen səviyyəsi hamısına çatacaq səviyyədə idi. Sadəcə olaraq, həmin 5 iştirakçı ağır məşqlər etdikcə oksigen səviyyələri düşürdü.
14-cü gün: "Artıq azad olmaq istəmirik"
14-cü günə çatanda araşdırmaçılar onlardan xəbər ala bilmədikləri üçün otağa girməyə qərar verdilər. Çünki öldüklərini düşünürdülər.
Anons verdilər: "Mikrofonlara nəzarət etmək üçün içəri giririk, qapılardan uzaq durun və yerə yatın. Əks halda, vurulacaqsınız. İtaət edənlərdən biri dərhal azadlığına qovuşacaq".
İçəridən sakit bir səs cavab verəndə onlar çaşdılar: "Artıq azad olmaq istəmirik". Hərbi qüvvələr və tədqiqatçılar arasında mübahisə baş verdi. Daha çox reaksiya alıb qıcıqlandırmamaq üçün 15-ci günün gecəyarısı otağın qapısının açılmasına qərar verildi. Otaq birdən təmiz havayla doldu. Mikrofonlar anında işə başladı. 3 fərqli səs yalvarmağa başladı. Çöldə onları gözləyən ailələri, sevdikləri olduğunu deyirdilər. Əsgərlər onları aparmaq üçün otağa göndərildi. İndiyə qədərki ən yüksək qışqırıq içəri girən əsgərlərdən gəldi. 5 nəfərdən 4-ü hələ də yaşayırdı. Təbii ki, bu, yaşamaq idisə...
15-ci gün: Sağ qalan iştirakçının ətləri parça-parça idi
Ərzaqlara demək olar ki, toxunulmamışdı. İştirakçılardan biri ölmüşdü. Sinəsinə topa-topa ət doldurulmuşdu. Otağın ortasındakı yatağın üstündə idi. Suyun keçməsinə maneə törətdiyi üçün otaq 10 sm suyla örtülmüşdü. Su sandıqları mayenin qan olduğu həmin an hiss edilməmişdi. Sağ qalan 4 iştirakçının saqqalları uzanmışdı, dəriləri parçalanmışdı. Dırnaqlarındakı ət parçaları yaraları özlərinin yaratdığını göstərirdi. Araşdırmaçıların düşündüyü kimi dişlərlə yox... Əslində o yaralar təkcə özləri tərəfindən də edilməmişdi. Onlar həm də bir-birinə hücum etmişdi.
4 iştirakçının da qarın nahiyəsindəki orqanlar və qabırğaları demək olar ki, yox idi. Ürək, ağciyərlər və diafraqma yerinə dəri və qabırğaya bağlı əzələlərin çoxu ağciyərlərlə birlikdə döş qəfəsindən çölə sallanırdı. Qan damarları və orqanlar sağlam qalsa da, digərlərini çıxarıb yerə atmışdılar. Lakin iştirakçılar hələ də "yaşayırdılar". Dördünün də həzm sistemi işləyirdi. Sonradan yediklərinin əslində öz ətləri olduğu ortaya çıxmışdı. Çox əsgər Rusiya Xüsusi Xidmətində işləmişdi. Lakin heç biri otağa girib oradakıları oyatmağa cəsarət edə bilmirdi. Əsgərlər otaqdan çıxmaq üçün yalvaranda otağa qaz verildi və yuxuya getdilər.
Təcrübədə otaqdan çıxarılmamaq üçün göstərdikləri mübarizə əzmi hər kəsi çaşdırdı. Rus əsgərlərdən biri boğazına hücum edildiyi üçün öldü. Digəri isə ayağını dişləriylə gəmirdiyi üçün yaralandı.
Yaşayan 4 iştirakçıdan birinin dalağı partladı və ətraf qan gölünə döndü. Tibbi araşdırmaçılar onu sakitləşdirməyə çalışsalar da, mümkün olmadı. Normal insandan daha çox morfi qəbul etməsinə baxmayaraq, hələ də mübarizə aparırdı. Bir həkimin qolunu və qabırğasını qırdı. Qan dövranı sistemində qandan çox hava var idi. Ürəyi dayananda belə qışqırırdı. Düz 3 dəqiqə özünü döydü. Hamıya hücum edib "Daha çox!" deyirdi. Və gücdən düşdükcə səsi öləzidi, sakitcə yerə yıxılıb gözlərini həyata əbədi yumdu.
Sağ qalan 3 "təcrübə siçanı" hər şeylə təmin olunmuş tibbi mərkəzə aparıldı. Sağlam səs telləri olan 2 iştirakçı ayıq qala bilmək üçün daha çox qaz tələb edirdi. Təcrübələr zamanı orqanlarını yenidən yerləşdirmə mərhələsində sakitləşdirici dərmanlara qarşı immunitetlərinin gücləndiyi ortaya çıxdı. Onlardan biri bağlandıqları iplərə baxmayaraq qəzəblə ətrafa hücum edirdi. Anesteziyadan istifadə edərək onu sakitləşdirmək mümkün oldu. Gözləri bağlandı, ürəyi dayandı. Yarılma prosesindən sonra qanındakı oksigen miqdarının lazımından 3 dəfə çox olduğu müşahidə edildi.
Əməliyyatdakı iştirakçı gülümsəyərək dedi: "Kəsməyə davam et"
Həyatda qalan ikinci şəxs isə 5 nəfərin arasında ilk qışqırıq atanlardan idi. Səs qeydləri yox edilmişdi. Yalvaracaq vəziyyətdə deyildi. Edə bildiyi tək şey başını nizam-intizamsız halda tərpətmək idi. Bunlar da anesteziyanın yaratdığı nəticələr idi. Növbəti əməliyyat zamanı ona yenidən anesteziya verildi. Orqanlarını yerləşdirərkən 6 saat ərzində heç bir reaksiya vermədi. Tibb bacılarından biri bir neçə dəfə xəstənin əməliyyat zamanı gülümsədiyinin şahidi oldu. Əməliyyat bitdikdən sonra xəstə zümzümə etməyə başladı. Həkimlərdən biri xəstənin önəmli nəsə deyəcəyini düşünərək qələm və qeyd dəftərini götürüb onun yanına getdi. Xəstənin dodaqlarından tökülən sözlər bunlar idi: "Kəsməyə davam et".
Komandir həyatda qalan 2 nəfərin yenidən möhürlənməsini əmr etdi. Bu məsuliyyəti araşdırmaçılara həvalə etdilər. Tədqiqatçılardan biri silahını çıxarıb komandiri vurdu. Sonra silahı sakit dayanan təcrübə iştirakçısına çevirərək beynini dağıtdı. Silahı sonuncu iştirakçıya tərəf uzatdı və soruşdu: "Nəsən sən? Bilmək məcburiyyətindəyəm".
O, gülümsədi: "Bu qədər asan unutdun? Biz sizik. Biz sizin içinizdə yatan dəlilik, hər an sərbəst olmağı gözləyən dəli heyvanlarıq. Biz yatağınızın altında gizlənənlərik..."
Araşdırmaçı dayandı. Sonra silahı onun ürəyinə tuşlayıb atəş açdı. Ölmək üzrə olan adam sakitcə,"demək olar ki, azadam..." dedi.
Bütün bu təcrübələr gerçəkdirmi?
Bu hekayə qorxuludur. Əslində heç bir rəsmi sənədlə də təsdiq olunmayıb. Tarixi qeydlərə düşən ən uzunmüddətli yuxusuzluq halı 266.5 saatdır (təxminən 11 gün).
1965-ci ildə elm sərgisi üçün bu təcrübəni tətbiq edən 17 yaşlı Randi Gardner Ginnesin rekordlar kitabına adı düşən və ən çox yatmamağı bacaran yeganə adamdır.
Elm və xüsusilə "yuxu elmi" tarixində saysız-hesabsız təcrübələr var. Bu araşdırmaların bircə dənəsində belə qeyd olunacaq nevroloji, tibbi, psixoloji və ya psixiatrik anomaliya təsbit edilə bilməyib.
Bundan əlavə sürətlə yayılan təcrübədə ciddi mənada elmi səhvlər var. Məsələn, test şərtləri elmi etibarlılığa sahib olmayacaq qədər qeyri-etikdir. Və ən əsası guya bu təcrübələrdə heç bir nəzarət qrupu iştirak etməyib.
-
İdman20:24
Messinin Bakıda imzaladığı topu elə qiymətə satırlar ki... - FOTO
-
Magazin219:48
“Sabah ölmək istəyirəm”
-
Sosial19:36
Əhalinin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
-
İdman19:00
"Real Madrid"dən Mbappenin vəziyyəti ilə bağlı AÇIQLAMA - 10 gün vaxt lazımdır ki...
-
MDB18:24
Yetkinlik yaşına çatmayan qız bu ölkənin ən gənc ÇOXUŞAQLI ANASI OLDU
-
Dünya17:42
Trampın oğlu Zelenskini yenə ƏLƏ SALDI - VİDEO
-
Sosial17:19
Əhaliyə xəbərdarlıq: dekabrın 13-də...
-
Sosial16:27
Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ