8 NOYABR
Bizi izləyin

Bilgi.az

8 NOYABR

Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli Fərmanı ilə Bakı Metropoliteninin işə salınmasının 40 illik yubileyi münasibətilə təsis edilib. Hazırda Bakı Metropolitenində 25 stansiya var, onun xətlərinin ümumi uzunluğu 36,7 kilometrdir.
2000-ci il. Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında Azərbaycanın Avropa Şurasına dəvət edilməsi haqqında qətnamə qəbul edilib. Sənədə görə, Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycana 6 yer ayrılıb. 2001-ci il yanvarın 25-də Azərbaycan rəsmi surətdə AŞPA-ya daxil olub.
1895-ci il. Alman fiziki Vilhelm Rentgen (1845-1923) elektriklə eksperimentlər zamanı X-şüalar adlandırdığı şüanı kəşf edib. Sonralar bu şüa alimin şərəfinə rentgen adlandırılıb. V.Rentgen Nobel mükafatına layiq görülmüş (1901) ilk fizikdir.
1922-ci il. Cənubi afrikalı cərrah və ictimai xadim Kristian Barnard (1922-2001) anadan olub. O, 1967-ci il dekabrın 3-də dünyada il dəfə insandan insana ürək köçürüb. Əməliyyatın qüsursuz yerinə yetirilməsinə baxmayaraq, pasiyent cəmi 18 gün yaşayıb.
Tanınmış fransız aktyoru və rejissoru Alen Delonun doğum günüdür. O, Fəxri legion ordeninin zabitidir.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm