Bilgi.az
Bu günə olan hava proqnozu
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 11-16°, günün birinci yarısında 25°-dək, günün ikinci yarısında 15-20° isti, Bakıda gecə 14-16°, günün birinci yarısında 25°-dək, günün ikinci yarısında 17-19° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə
şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Gün
ərzində hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 11-16°,
gündüz 28-33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün
ərzində hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi
yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun
gecə 6-11°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı
var. Temperaturun gecə 11-16°, gündüz 25-30° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər
ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 11-16°, gündüz
22-27° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz
keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə
duman olacaq. Temperaturun gecə 12-17°, gündüz 27-32° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava,
əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə
qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun 11-16°,
gündüz 24-28° isti, dağlarda gecə 6-11°, gündüz 19-24° isti olacağı
gözlənilir.
-
Sağlamlıq06:46
Bir dəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"