Sağlamlıq
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
"Sağlam insan bir dəfəyə 150 qramdan artıq kabab qəbul etməməlidir. Ət nə qədər yağlı olsa, porsiya da bir o qədər kiçik olmalıdır".
Publika.az xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin dietoloqu Antonina Starodubova məlumat verib.
Starodubova deyib ki, şiş kabab kimi yeməyi çox ehtiyatla istehlak etmək lazımdır. O, çox qızardılan ətlərin sağlam qida olmadığını bildirib.
Dietoloqun fikrincə, az yağlı ət sortlarına üstünlük vermək daha yaxşıdır:
"Məsələn, dovşan, hinduşka, toyuq, bildirçin seçə bilərsiniz. Siz həmçinin balıq və ya dəniz məhsulları - kalamar və ya karidesləri közdə bişirə bilərsiniz. Olar orqanizm üçün vacib qida maddələrinin mənbəyidir. Tərkiblərində omeqa-3 yağ turşuları, yod və sink var".
"Manqal hazırlayarkən, kömürlə ət arasındakı məsafə təxminən 30 santimetr olmalıdır: bu, məhsulun alovla birbaşa təmasının qarşısını almaq üçün lazımdır". - Diyetoloq Antonina Starodubova deyib.
Starodubova əlavə edib ki, ətin aqressiv istilik prosesi kanserogen təsir göstərən heterosiklik aminlərin sərbəst buraxılmasına kömək edir.
"Limon suyu, giləmeyvə və ya meyvələrdən digər turş şirələr, təbii az yağlı qatıq, qazlı su və pomidor püresi şəklində təbii maddələrdən istifadə edərək, ət üçün şorabanı özünüz hazırlasanız daha yaxşıdır", - dietoloq məsləhət verib.
Hüseyn İbadlı
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO





































