Millət vəkili: "Hicablı qadınları elə görəndə utandım" - FOTO
Bizi izləyin

Bilgi.az

Millət vəkili: "Hicablı qadınları elə görəndə utandım" - FOTO

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının Manisa şəhərindən olan millət vəkili Səlcuq Özdağ bahar şənliklərindən birində özündən çıxıb.



Universitetlərdən birində tələbələr bahar şənliklərini qeyd edərkən hicablı qızlardan bəziləri oğlanların çiyinlərində oynamağa başlayıb.



Bu isə AKP-li millət vəkilin sərt reaksiyasına səbəb olub. Millət vəkili “twitter” sosial şəbəkəsində bunları yazıb: “Bahar şənliklərində hicablı qızların oğlanların çiyinlərində oturduqlarını görəndə çox utandım. Eh, dəyərlər harda qaldı. İnsan başının olduğu yerdə deyil, ağlının olduğu yerədədir”.



AKP-li millət vəkilinin “twitter” sosial şəbəkəsində yazdıqları birmənalı qarşılanmayıb./anspress





Oxumağa davam et
Reklam
Reklam

Gündəm